AVRO-2020 kuboku Bakı turuna çıxdı
Futbol üzrə Avropa çempionatının əsas mükafatı olan “Anri Delone” kuboku bu gün Bakı turuna çıxıb.
Tv 713.az Report-a istinadla xəbər verir ki, nüfuzlu yarışın baş mükafatı bir neçə saat ərzində paytaxtın mərkəzi küçələrində yerli sakinlərə təqdim edilib. Əsas məqsəd ictimaiyyəti kubokla tanış etmək və AVRO həyəcanını Bakı küçələrinə yaymaqdan ibarət olub.
Kuboku turnirin rəsmi maskotu "Skillzy" və digər personajlar müşayiət ediblər. Kubok Turu Bakıdan sonra Danimarkanın paytaxtı Kopenhagendə davam edəcək.