Fransızlarla rusların üzündəki tüpürcək

Yazarlar 08-sen, 23:569 tv713 221 0
Fransızlarla rusların üzündəki tüpürcək

İGİD TEYMURLU


[h2]

ÇANAQQALADA VƏ TOVUZDA İŞĞALÇIYA VERİLƏN DƏRS




Dünyanın ölçülü-biçili qaydalarla idarə olunduğunu ilk olaraq türklər dilə gətirmiş və elə bu idarəçilik sistemiylə də bəşər tarixinə qurduqları 21 imperiya ilə dövlətçiliyin nə olduğunu bir irs olaraq qoyub getmişlər. Nə yazıq ki, türklərin əbədi düşməni olan UNUTQANLIQLARI bütün zamanlarda onları qarabaqara izləmiş və elə ol səbəbdən də pusquda dayanan Küçə İtləri anındaca qəfil hücuma keçərək bizlərdən istədiklərini qopara bilmişlər. Sözlərinə, danışıq üslublarına, davranışlarına, yaşayış tərzlərinə göz qoyub, diqqət yetirməyən, yaxud bütün bunları bilərəkdən etmək istəməyən qərb mənşəli DEMOLAR özlərini nəzarətə götürə bilmədikləri halda başqalarına nəcibliklə bağlı masterklas dərsləri keçirlər – kar özünə sərf eləyəni eşitdiyi, kor da özünə sərf eləyəni quraşdırdığı kimi... Heç belə də demokratiya olar?

Bəndəniz azca yuxarıda davranış gözəlliyi ilə bağlı bir-iki cümlə ərz elədi. Və bu cümlə də əbəs yerə işlədilmədi. Cümhuriyyətimizin qurucularından olan Əhməd bəy Ağayev deyir ki, demokratiyanın ən ilkin şərti cavabdehlik hissi və vətəndaşa sayğıyla yanaşmadan keçir. Türk və islam dünyasında ilk demokratik cümhuriyyət olan ADR dövründə bu Kişi o vaxtkı parlament sədrinin müavini olub. Özü də Paşinyanın da, Makronun da, Putinin də, lap elə Zabil adlı ikiayaqlısı olan Əlikramın da dədələrindən qat-qat ağıllı olub.

12 iyulda Tovuz istiqamətində erməni separatçılarının əliylə Fransa və Rusiyanın Azərbaycana yönəli təhdidləri əslində birbaşa Türk Dünyasına, özəlliklə Türkiyə qarşı atılmışdı. Qəhrəman Azərbaycan Əsgəri həm erməniləri, həm də onların arxasında dayanan qüvvələri məyus etsələr də, amma heyif ki, itkilərimiz də oldu. Ancaq bu İtkilərin özü Türk Dünyasını bütövləşdirdi. Generalımız Polad Həşimov başda olmaqla Tovuz istiqamətində Əsgərlərimizin Şəhidlik Zirvəsinə ucalmaları millətin Döyüş Ruhunu da birə beş qat artırdı. Hətta rəsmi səviyyədə açıq mətnlə birbaşa ölkə prezidentləri səviyyəsində o birlik həm cənab Ərdoğan, həm də cənab İlham Əliyev tərəfindən nümayişkaranə bir şəkildə düşmənlərimizə təqdim edildi. Bundan sonrakı mərhələdə Aralıq dənizində yaranan gərginlikdə Tovuz hadisələrindən sonra Ərdoğan Azərbaycanda necə peyda olmuşdusa İlhm Əliyev də Yunanıstan səfirini qarşılma mərasimində eləcə gözlənilməz gediş edib haqqımızı tapdalayan dünya birliyinə gərəkəndə türkün şimşək kimi çaxmasını ortaya qoydu.

ÇANAQQALA SAVAŞI ilə bütün dünyaya dərs verən türk əsgərinin qələbəsinin 100 illiyi ilə bağlı bir müddət öncə təşkil olunan tədbir Türkiyədəki AKP iqtidarının hakimiyyətdə olduqları illərdə bəlkə də atdıqları ƏN DÜZGÜN ADDIM idi. O zaman dünya dövlətlərinə barış çağırışı ilə səslənən Türkiyənin həlim notlar üzərində var-gəl etməsiylə yanaşı yumruğunu masa üzərinə vurmaqla başa düşməyənlər üçün əzələ nümayiş etdirməsi də gərəkirdi. AKP iqtidarı onda sülhpərvər mövqe nümayiş etdirdi, əvəzindəsə dünya bir az da Türk Dünyasının üstünə gəlib Tovuz hadisələrində, Yunanıstanla gərginlikdə katalizatorluq etdilər. Cənab Ərdoğan da o zaman atmadığı gərəkən addımı Tovuz hadisələrindən sonra atdı. Bu addım zaman etibarilə geciksə də, amma təqdirəlayiq idi.

Ötən əsrin əvvəlində Çanaqqala Savaşında türklərlə deyil, “Allahla savaş”dıqlarına rəğmən uduzduqlarını etiraf edən ingilislərə “Qalatasaray” futbol klubu meydanlarda “müharibə aparmaq” taktikasını təqdim etdikdən sonra onlar YENƏ DƏ Allahın qarşısında BAŞ ƏYDİLƏR, haqqa gəldilər. Bu gəliş həm də ingilislərin bayraqları o tərəf-bu tərəfə yellənsə də, az da olsa, özlərinə hörmət etmələrindən və təbii ki, haqqı nahaqqa möhtac etməyən Allahın Böyüklüyündən irəli gəlirdi. Axı ingilislər elə öz babalarının yazıb qoyduğu ensiklopediyada oxuyublar ki, ötən əsrin əvvəlində Türkiyə ərazisində indi iddia edilən sayda erməni yaşamayıb. Təsadüfi deyil ki, ABŞ-ın o zamankı prezidenti RONALD REYQANın məsləhətcisi olmuş BRYUS FEYSN də “arxivlər tam açılarsa onda ermənilər 2 milyon türkü qətliam etdiklərinə görə üzr istəməli olacaq” deyir...

Di gəl ki, deyilənləri bu gün Azərbaycanın, bütövlükdəsə Türk Dünyasının maraqlarını para müqabilində eşşəyi özünə simvol seçən qərbli demokratlara işləyən “siyasi mühacirlər”in tam əksəriyyəti, Avropanın qartımışları və “oğlumla gəlinimi talışşünaslığı öyrənmək üçün Ermənistana göndərəcəm” deyən Əlikramlar başa düşmək istəmirlər. Çünki baş yoxdur. Baş olsaydı, o boyda talantlar yetirən Fransaya hansısa “qudurmuş Şirak”, siyasi gedişləriylə deyil, daha çox sadomazoxist davranışlarıyla yadda qalan Sarkozi, Sarkisyanların Olland qiyafəliləri, indi də Makron kimilər rəhbərlik etməzdi ki. Fransanın ötən əsrin ortalarında Afrikada insanlığın simasına sığmayan vəhşiliklə ƏLCƏZAİRDƏ VƏ RUANDADA həyata keçirdiyi soyqırım dünyanın gözü qarşısında baş verib. Əlcəzairdə 1, 5 MİLYON ADAMI qətlə yetirən, Ruandada 600 MİN İNSANIN başını iti uclu cubuqlara taxan indi Makronun rəhbərlik etdiyi FRANSA OLUB. ŞEYX ABDULLAH BEN BADİSin “islam mənim dinim, Ərəb mənim dilim, Əlcəzirə mənim vətənim” devizindəki söykənc və inanc yerlərini yer üzündən silməyə qərar verən indi bax bu Makronun rəhbərlik etdiyi FRANSA OLUB. Makron öz erməni sevgisiylə zərbəni türklərə deyil, əslində binəva fransızlara vurur. O, öz babalarının gəldikləri qənaətə, təqdimata tüpürməkdədi. Axı elə həmin fransızlar “ötən əsrin əvvəlində Türkiyə ərazisində 1, 2 milyon erməninin yaşadığını” yazılı şəkildə öz arxivlərində qoyub gediblər. Onda belə çıxır ki, yerdə qalan 300 min erməni cəsədi də Makrongilin bətnindən çıxarılıb. Vallahi, adam lap məəttəl qalır. Axı dünya Fransaya son 30 ildə rəhbərlik etmiş şəxsləri onların fizioloyi quruluşlarına görə kişi bilirdi, ancaq ət və sümükdən olan bu ikiayaqlı varlıqlar atdıqları addımlarla tamam başqa şey deyiblər. Özləri bilər, can onların, cəhənnəm də Tanrının. İndulgensiya aktı tərtib edib onların əlinə verməksə homoseksualist Valentinin indiki papıçkasının boynuna...

Yenə də deyəsən mətləbdən bir az uzaq düşdük..
Coğrafiya müəllimimiz demişkən, “qaldı, keçdi” Putinə. Bu yaxınlarda yaılan informasiyalarda anasının erməni olduğu iddia edilən Putin nəinki türklərə, heç öz dədəsinə hörmət edən deyil. Atdığı taktiki gedişlər və mətbuata verdiyi açıqlamalarla hər gün siyasi çəkisini, ziyalı çəkisini heçə endirən tarixçi Cəmil Həsənli bildirir ki, “TOLSTOYUN QIZI ALEKSANDRAnın 1915-ci il hadisələrilə bağlı “hər şeyi öz gözümlə gördüm” deyə erməni və rus vandalizmini apaydın bir şəkildə dilə gətirib”. Bu mənada dünya birliyi öncə Fransanın, Rusiyanın, İngiltərənin, Amerikanın törətdiklərinə qiymət verməlidir...

Dədəsi, nənəsi bilinməyən rusların nə istədiklərini damarlarında beş millətin qanını daşıyan I Pyotrun özü də yazıb. Onun ölümündən sonra həm çar Rusiyası, həm bolşevik Rusiyası, həm kommunist Rusiyası, həm də özünü SSRİ-nin varisi elan edən indiki Rusiyada olan Putin xuntası zamanında atılan bütün siyasi addımlar PYOTRUN VƏSİYYƏTİ əsasında olub. Onlar türklərdən fərqli olaraq öz babalarının Dilək Dualarına hörmətlə yanaşıblar. Ancaq xeyri yoxdur, artıq imperiyaların zamanı ötüb. Bu baxımdan Rysiya imperiyası da tez, ya gec məhvə məhkumdur. Açıqda olmasa da, gizli sevgiylə yazılarının təqdimatında Ramiz Mehdiyevlərdən büt yaradaraq Rusiya kartıyla Azərbaycanda qorxu, vahimə xofu formalalaşdıran Zahid Orucların çabaları da əbəsdir. Bu imperiyanın çöküşündənsə indiki Rusiya ərazisində 129 BAYRAQ DALĞALANACAQ və bunun da tam əksəriyyəti türk bayraqları olacaq...

Babalarımız deyib ki, ölçülü-biçili qaydalarla yaşayanda insan nəcibləşir, sadə yaşamağın gözəlliyini dərk edir. Məhz belə davranış hamının xeyrinədir və bu davranışın mahiyyəti türklərin dövlətçilik ənənələrində olan qızıl orta prinsipində öz əksini tapır. TÜRKLƏR neçə min il bundan qabaq dövlətçilik ənənələrinə SAHİB OLANDA bit-birənin içində itib-batan FRANSIZLAR vəhşi barbarlıq dövrünü, RUSLAR da “PETUXOV” SOYADLARIYLA kimliklərini sürdürməkdə idilər. Və türklər 21 imperiya qursalar da, heç kimin adətinə, ənənəsinə, dilinə, inancına dəymədi. Amma bugünkü Rusiyada 129 etnik qrup azadlıqları baxımından bür zülmün içindədilər. Amma bugünkü İran adlanan ərazidə 40 milyon türk ana dilndə belə danışa bilmir. Amma bugünkü Fransada kimsə bir müsəlmana sayğı belə bəsləyirsə, onu məhrumiyyətlər gözləyir...
Türklər mədəniyyətlərin qoruyucuları olublar, kültür dəyərlərə toxunmayıblar. Toxunsaydılar, Makronun nənələri əyinlərinə şalvar geyəndən ta XIX əsrə qədərki dövrdə övladlarını tərbiyə edərkən onlara “TÜRK OL!” deməzdilər. Özü də bunu mən yox, Makrongilin indi saya salmaq istəmədikləri nənələri, dədələri deyiblər...

Fransızlar 132 illik müstəmləkəçi qaniçənlikləri sona yaxınlaşarkən 1, 5 MİLYON ƏLCƏZAİRLİNİ QAN CANAĞINDA BOĞDULAR, RUSLAR 129 ETNİK QRUPUN BÜTÜN HAQLARINA TÜPÜRMƏKLƏ onları insan olduqlarına görə peşman ediblər. Əgər RUSİYA “SSRİ-nin varisi”dirsə, onda 1937-ci il repressiyalarına, AXISKA, AZƏRBAYCAN TÜRKLƏRİNİN, çeçenlərin, çərkəzlərin deportasiyalarına, Qazaxıstanda, Tiflisdə, Vilnüsdə həyata keçirdiyi qanlı aksiyalara, FƏRQANƏdəki qanlı çatışmalarına, 20 YANVAR QƏTLİAMIına, XOCALI, UMUDLU, QARADAĞLI SOYQIRIMIna görə CAVAB VERMƏLİDİR. Hələ mən bütün Avropada, bütün Yaxın Şərqdə rrusların vəhşiliklərindən danışmıram...
Və analoyi olaraq Türk Dünyası (7 türk dövləti) da öz parlamentlərində onların qabağına ət qoyana ət, sümük qoyana da sümük qoymalıdır. Fransanın gerçəkləşdirdiyi Əlcəzair və Ruanda soyqırımları türk parlamentlərində tanınmalıdır. Yetər bu tiplərin nazıyla oynamaq, müdafiədən hücuma keçməyin tam zamanı çatıb. Neyləməli ki, indiki əli kösövlü olanlar pul-para xatirinə demokratiya təndirində bişirilən çörəklərin kütə getməsinə səbəb olurlar. Bizim babalarımız deyəsən yaxşı işləməyiblər, zamanında kündəni saymasalar da, rusların nənələri kündələri kəsməkdə mahir olublar...

Ümumulikdə götürəndə demokratiya şortikli conlar tək don geyinməklə ölçülmür, gərək ki, demokratiya deyilən şey bütün vücudunda, bütün düşüncəndə, bütün xarakterində təcəlla edə. İndi Qərbin ixrac etdiyi AZADLIQ SELİ demokratiya deyil, siyasi əxlaqsızlığın simvoludur. Rusiyanın, İranın “qonşuluq prinsipləri” işğal və assimilyasiya maraqları çərçivəsindədir. Bu simvolları və o maraqları öz yaşam tərzlərinə çevirən Karlar və Korlar Dünyasından nəsə gözləməksə əbəsdir..
.




P. S. İt yanında bəy kimi, bəy yanında it kimi görünənlərin menyüsünə: it sümüyü sevinə-sevinə udar, ancaq sümüyün xirtdəyə gəlməsi bir tamaşadır. Bunu “soyqırım” ifadəsinə əməli format verən ruslar, fransızlar, almanlar, ingilislər, lap elə farslar da yaxşı bilməlidirlər...
[/h3]
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr