"BÖLÜNMƏYƏN VƏTƏNİMİZ" VƏ ÇİNGİZ ABDULLAYEVİN "CAHİL"LİYİ

Yazarlar 11-sen, 07:399 tv713 195 0
"BÖLÜNMƏYƏN VƏTƏNİMİZ" VƏ ÇİNGİZ ABDULLAYEVİN "CAHİL"LİYİİGİD TEYMURLU

Özü-özünü təqdim edən "beşinci kalon"un növbəti hücumçusu




"...Torpağım ikiyə bölünən zaman: bu dil bölünməyən Vətənim oldu". Bunu xalq şairi Sabir Rüstəmxanlı deyib. "Xalq yazıçısı" Çingiz Abdullayev də rus məktəblərinin bağlanmasına dair öz münasibətini fb səhifəsində paylaşıb. Kosmopolitik düşüncə tərziylə özünün intellektuallığını cəmiyyətə sırımağa çalışan bu ət və sümükdən ibarət varlıq "Azərbaycanda rus məktəblərinin bağlanmasını istəyən kəslər"ə "hörmətli yerli cahillər!" deyə müraciət edir və ardınca da başlayıb gəvəz-gəvəzə danışmağa. Çingiz deyilən bu adamın "intellektuallığı" millətçiliyimiz və dövlətçiliyimiz baxımından daha çox kimliyimizə qənim kəsilənlərin brakonyer niyyətlərilə üst-üstə düşür.

Bu məsələylə bağlı fb-də çıxış edənər sırasında mən də olmuşam. Və əcəb də edib o sırada olmuşam, elə Çingizin "ajığına"..


ƏVVƏLA, "cahil" sən özünsən, ay rusbaş. Burada heç kim rus məktəblərinin bağlanmasından danışmır. Sadəcə olaraq, bir müstəqil ölkədə 400-ə yaxın rus məktəbinin olması qüsurludur. Üstəlik həmin məktəblərdə dərslərin saat hesabı tədrisində "Azərbaycan dili"nə, "Azərbaycan tarixi"nə ögey münasibət bəsləməklə "İstoriya Rossiya"nı təbliğ etmək manqurt nəsil yetişdirməyə xidmət edir. Mən hələ demirəm ki, bu, o rusdur ki, biz türklərə bütün zamanlarda deportasiyalar, soyqırımlar, qətliamlar yaşadıb, dədə baba yurdumuzda erməni dövləti yaradıb...

Əməllərindən görünən budur ki, sənin mayan acgözlükdən, öz millətinə deyil, daha çox korporativ maraqlara söykənən yoğrulan başqalarına sevgidən yoğrulub. Zəbt etdiyin 1299 vəzifəylə görmək istədiyin "intellektual gəncliyin" qarşısını kəsən sənin kimi Çingizlər olub.
"Rus məktəbərinin bağlanmasını ən çox istəyən kəslər"lə bağlı işlətdiyin "cahil" ifadən dəysin sənin təpənə! Və lütfən belə ifadə formatına görə kimsə məni qınamasın da. Əgər Çingiz adlı bu adam özünü "ziyalı" sanıb belə müraciət formasında bulunursa, demək ki, təpəsinə dəyəni o ət və sümükdən ibarət canlı özü özünə haqq edib.

Yaltaqlığına intellektual don geyindirməyə çalışma. Sən yəqin çox dil bilməyindəndir ki, ağzından çıxanı hərdənbir qulaqların duymur. Sənə qalsa homoseksualist düşüncəni də tolerantlığın nümunəsi kimi bu millətə sırıyıb yarıqlı donlar biçərsən. Bu milləti bədbəxt günə qoyan elə sənin kimi "ziyalı"lardır, Abdullayev Çingiz!

Heç başqa məqamı demirəm! Götür özünü və erməni millətindən olan Çingiz Abdullayevləri. Bu son 30 ildə öz yazdıqlarınla onların yazdıqları arasında paralellər apar.

"Rus dilində səlis danışan ağıllı, intellektual və istedadlı insanlar" kimi xarakterizə etdiyin erməniləri başqa millətin nümayəndələri Tolstoyun qızı Aleksandra kimi "vandal" adlandırırlar. İndi ay Çingiz Abdullayev, mənim kəndçim Etbarın sözü olmasın, sən hələ bəzənmisən, bu gündəsən, bəzənməsən nə gündə olardın. Əgər sən doğrudan da "ziyalı" olsaydın, ən azından bax onda o bildiyin dillər vasitəsilə ayrı-ayrı dillərdə olan məxəzləri araşdırar, erməni saxtakarlıqlarıyla bağlı, rus və erməni vandalizmiylə bağlı faktları dünyaya təqdim edərdin. Etməmisən. Səbəblərdən biri də yəqin ki, tez-tez işlətdiyin "lobbi" məsələsində həmin erməni milyarderlərin sayğıyla, hörmətlə yanaşdığınız beynəlxalq təşkilatlarda təmsil olunmalarıdır. Belə olacaqsa, o ermənilər yəqin sənin "dünyaya çıxışın"ın qarşısını ala bilərlər, öyləmi!? Bərəkallah sənin "ziyalılığına".
Allah rəhmət eləsin Rəfiq Zəka Xəndana. İkicə misrasında sən Çingizin cild-cild kitablarında deyə bilmədiklərini deyirdi. Və səndən də çox dil bilirdi. Rəfiq bəy hər zaman vurğulayırdı ki, "çox dil bilmək həm də millətin xilası naminə, millətin, dövlətin maraqları naminə o dilin imkanlarından yararlanmaqla arxivlərdə toz basmış tarixi həqiqətlərimiz üzə çıxarmaqdır. Yox bu olmayacaqsa, demək ki, sən erməni dili bilməklə erməniyə daha bir erməni qazandırmısan"...

Bildiyin başqa dillərlə işim yox, amma sən Çingiz Abdullayev bildiyin rus diliylə Rusiyaya içində sən yatan hansısa Sergeyi qazandırmısan, vəssalam!
Çingiz Abdullayev, mən müstəqil Azərbaycanın vətəndaşıyam! Mənim övladıma paytaxt Bakıda nədən "İstoriya Rossiya" keçilməlidir? Paytaxt Moskvada "Azərbaycan tarixi" tədris edilirmi, ya Abdullayev Çingiz?

Sizlər ziyalılığın yox, sizlər yaltaqlığın simvoluna çevrilmisiniz. Bir yazıçı ki, sənin kimi mənim ana dilimdə danışırsa, onda vay bu millətin halına! Sən 50 yerdən əmək haqqı alırsan, mənsə bir yerdən. Türkün qanına susamış rusun dilinin Azərbaycanda bunca yüksək səviyyədə tədris edilməsini, həm də mənim verdiyim vergi hesabına formalaşan dövlət büdcəmdən zaman-zaman bu düşmənlərim tərəfindən millətimin qanı axıdılan paytaxt Bakıda saysız-hesabsız rus məktəblərinin açılmasını fərd olaraq mən istəməm. Yox səninn kimi manqurt ziyalılarımız bunu istəyirsə, gedin özəl sektorda min hoqqayla qazandığınız pulla elə özəl sektorda da min dənə rus məktəbi açın...

"5-ci kalon"un nümayəndəsi kimi danışan Çingiz Abdullayev də elə Elmar Məmmədyarov kimi bizim ana dilimizə erməni ləhcəsi gətirib. Budurmu onun "xalq yazıçı"lığı? Amma onunla müqayisədə "xalq şairi" olanlarımız elə Rüstəmxanlının timsalında "Sağ ol, ana dilim!" deyib "Xətayi yurdu"nu qarış-qarış gəzib bu millətin "Ömür kitabı"nı yazıb. Bu millətin oğurlanmış "Gəncə qapısı"nı yerinə bərpa edib, bu millətin "Qan yaddaşı"nı silkələyib, Çingizlər kimi qarınlarının qulu olmayıb, "Zaman məndən keçir" deyə özlərinin ziyalı məsuliyyətlərini ortaya qoyub milləti "Sunami" təhlükəsindən qorumağa çalışıblar. Və indi də həmin Adamlar rus məktəbləriylə bağlı Çingiz Abdullayevin şəstinə toxunan açıqlamalar verəndən sonra o da öz erməni ləhcəsiylə ziyalılarımızı "cahil" adlandırır. Bu dil mənim "bölünməyən Vətənim"dir, Çingiz Abdullayev! Sənin kimi rusbaşlar mənim "bölünməyən Vətənim"i hədəf götürüblərsə, sizi bu millət ağzınızdan çıxanı qulağınızın duymadığına görə peşiman edər. "Cahil" sən və səni dəstəkləyən 5-ci kalonun üzvləridir
.

Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr