Ermənistanda faşist ideologiyası dəyişməyib

Siyasət 25-sen, 01:479 tv713 115 0

Ermənistanda faşist ideologiyası dəyişməyib

Ermənistanda iki il əvvəl hakimiyyət dəyişikliyi baş verməsinə baxmayaraq, bu özünü doğrultmamış dövlətin faşist ideologiyası dəyişməyib. 


Bunu BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib. 


“Ermənistanda insan haqları kütləvi halda pozulur. Məhkəmələrə və hakimlərə təzyiq göstərilir, jurnalistlər, siyasi fəallar və müxalif düşüncəli insanlar rejim tərəfindən həbsə atılıb və Ermənistanda diktatura bərqərar olunub. İki sabiq prezidentə qarşı cinayət işləri açılıb. Jurnalist və siyasətçi Mqer Yeqizaryan aclıq aksiyası nəticəsində 2019-cu ilin yanvarında həbsdə vəfat etdi. Amma beynəlxalq təşkilatlar buna göz yumur, halbuki onların vəzifəsi dünyada demokratiyanın və insan haqlarının qorunmasıdır. “Human Rights Watch”, “Amnesty International”, “Freedom House” və digər qurumlar Ermənistanın despotik rejiminin qəddar addımlarına göz yumub. Buna səbəb dünyada insan haqları ilə məşğul olan bir çox dırnaqarası qeyri-hökumət təşkilatlarına sponsorluq edən Sorosun Paşinyan rejimini də maliyyələşdirməsi və dəstəkləməsi ola bilər.”. 


İ.Əliyev bildirib ki, Ermənistan işğalına baxmayaraq, Azərbaycan müasir, demokratik dövlət qura bilib. 


“Azərbaycanda bütün azadlıqlar təmin olunub, demokratiya və insan haqları qorunur, vətəndaş cəmiyyəti qurulur. Biz siyasi dialoq təşəbbüsünə bağlamışıq və iri siyasi partiyalar bu təşəbbüsü dəstəklədilər”, - deyə İ.Əliyev qeyd edib
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar