“Formula 1” Bakı Qran-prisi üçün mümkün tarix açıqlandı

İdman 24-apr, 13:509 xebertv 226 0
“Formula 1” Bakı Qran-prisi üçün mümkün tarix açıqlandı


Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) davam edən COVİD-19 qlobal pandemiyası səbəbindən qeyri-müəyyən müddətə təxirə salınan “Formula “" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar son vəziyyətə aydınlıq gətirib.

Builki çempionatın ilkin yarış cədvəlində 5 - 7 iyunda keçirilməsi nəzərdə tutulan Azərbaycan Qran-prisinin təxirə salınması barədə qərar Azərbaycan hökuməti, Formula 1 rəhbərliyi və Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən uzun müddət aparılan üçtərəfli danışıqlardan sonra qəbul edilib.

Hazırda dünya çempionatının bütün iştirakçıları mövcud vəziyyəti izləməkdə davam edirlər. Əməliyyat Şirkəti bütün işçi, azarkeş və komandalarla yanaşı, Azərbaycan xalqının sağlamlığı və rifahına təhlükə yaradacaq addım atmaqdan çəkinir və bəyan edir ki, vəziyyət stabilləşməyənədək və həmçinin karantin tədbirləri tam aradan qaldırılmayanadək “Formula 1”in Bakı yarışı üçün dəqiq tarixin müəyyənləşdirilməsi mümkün olmayacaq.

Azərbaycan Qran-prisinin promouteri yarışı izləyicisiz keçirməyi məqsədəuyğun saymır və ümid edir ki, bu il iyunun sonundan etibarən Bakıda “Formula 1” komandalarını və azarkeşlərini qəbul edə biləcək təhlükəsiz şərait tam bərpa olunacaq.

Regionun iqlim şəraitinin nəzərə alınmasının vacibliyini qeyd edən əməliyyat şirkəti ilə “Formula 1” rəhbərliyi Bakı mərhələsinin oktyabrın ortalarınadək keçirilməsinin məqsədəuyğun olacağı barədə həmfikirdir.

Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisi paytaxtın mərkəzi küçələrində keçirilir və yarış trekinin qurulması üçün azı 12 həftə tələb olunur. Bu baxımdan, builki Azərbaycan Qran Prisinin yeni tarixi barədə yekun qərarın iyulun ilk həftəsindən gec olmayaraq qəbul edilməsi zəruridir.

Əməliyyat Şirkəti göstərilən anlayışa görə yarışın bütün iştirakçılarına və tərəfdaşlarına təşəkkür edib.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr