"Azərbaycan işğal faktıyla barışmayacaq"

Siyasət 25-sen, 23:499 tv713 293 0
FƏZAİL İBRAHİMLİ: "Azərbaycan Prezidenti dünya birliyinə ultimatum verdi"

"Azərbaycan işğal faktıyla barışmayacaq"

"BMT-nin fəliyyətində nə qədər qüsurlar olduğundan ciddi islahatlara ehtiyac duyulsa da, dünyanın siyasi proseslərinin sükanı arxasında əyləşən ikinci bir ünvana sahib təşkilat yoxdur. Bununla belə BMT nə qədər mötəbər təşkilat olsa da, Azərbaycan qarşısında üzüqara durumdadır. Çünki Ermənistanın Azərbacana qarşı təcavüzkar siyasəti ilə bağlı 4 Qətnamə qəbul etsə də, həmin Qətnamələr bu günə kimi yerinə yetirilməyib”.

 TV 713 xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasında  videomüraciətini şərh edərkən deyib.

F. İbrahimlinin sözlərinə görə,  BMT TŞ Ermənistanın təcavüzkar siyasəti ilə bağlı 1993-cü ildə qəbul etdiyi Qətnamələrin indiyədək icra olunmasına nail olmayıb: “Həmin Qətnamələri tarixin arxivinə atmaqla onların  icrasına  laqeyd yanaşıb. Ermənistanın işğalçılıq siyasətinə son verilməsi istiqamətində real addım atılmayıb. BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edən Azərbaycan Prezidenti qətiyyəli çıxışı ilə bütün bu məsələlərə aydınlıq  gətirdi”.

Dövlət başçımızın BMT Baş Assambleyasının 75-ci sessiyasındakı məlum çıxışınına toxunan Vitse-spiker onu da bildirib ki,  cənab Prezident qətiyyətli, ədalətli  mövqeyi ilə Qarabağ probleminin həlli ilə bağlı dünya birliyinə və fərqli düşüncə sahiblərinə ultimatum verib: " Cənab Prezident bir daha bəyan etdi ki, Azərbaycan işğal  faktı ilə barışmayacaq, güzəştə getməyəcək.  Bütün imkanlardan və alternativlərdən istifadə edilməklə bu işğala son veriləcək. İkinci cəhət  isə ondan ibarətdir ki, hal-hazırda Ermənistan Azərbaycanla  sərhədlərinə hərbi qüvvələrini cəmləşdirməklə,  təxribata əl atıb müharibəyə başlamaq istəyir. Məqsəd də ondan ibarətdir ki, bu yolla Ermənistan dünyaya Azərbaycanı təcavüzkar dövlət kimi təqdim edib,  3-cü dövlətlərlə Azərbaycanı üz-üzə qoymaq istəyir. Paşinyan hakimiyyətini  qorumaq üçün  xalqın diqqətini yayındırmaq məqsədi ilə  Azərbaycanla müharibəyə başlamaq istəyir.
Digər məqam isə Qafqazda  marağı olan  qüvvələrin Ermənistanın bu vəziyyətdən öz məqsədləri üçün istifadə etməsidir. Prezident çıxışında birbaşa  Ermənistanın təcavüzkar siyasətini ifşa etdi. Prezident Ermənistanın bir təcavüzkar ölkə  olması barədə siyasətini BMT kimi mötəbər bir qurumun tribunasından səsləndirməklə ifşa etdi. Cənab Prezident BMT başda olmaqla  bütün beynəlxalq təşkilatları və dünyanın aparıcı ölkələrini Ermənistanın təcavüzkar siyasətinə susqunluqda ittiham etdi. Onlara Ermənistanın təcavüzkar siyasətinə son verilməsi istiqamətində  real addım atmamasına görə iradlarını birbaşa bildirdi”.


MÜŞFİQ
TV 713
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr