BU DA BİR HEKAYƏTDİ, YUXUDA YAZDIM

Manset / Yazarlar 13-avq, 12:169 tv713 61 0
BU DA BİR HEKAYƏTDİ,   YUXUDA YAZDIM

SAHİB ƏLİYEV
şair





Yatmışdım,
gecə
qəribə bir yuxu gördüm.
Bu yuxuda
dünyasını dəyişmiş
bir adamın
o dünyada
başına gətirilən
hadisələri götürüb,
hekayətə çevirdim.

Yazdım ki,
cəhənnəmdəyəm,
od var burda, ocaq var.
Dediyim o adamı
incitməkdən ötrü
yığılıbllar başına
haqq-hesab aparanlar.

Biri bıçaq götürüb,
qoparır tikə-tikə,
dediyim o, adamın
bədənindən ətini.
Bununla da
anladır ona
özü öldürdüklərinin
“mənəvi ləzzətini”.

Biri də od götürüb,
ölünün
saçlarını yandırır.
Bu yandırmaqla da
ona
insanlıq əleyhinə
gördüyü işlərinin
mənasını qandırır.

İtləri qısqırırlar,
itlər onu didirlər.
O adama it kimi
hürmək də öyrədirlər.

Kül atırlar gözünə -
göynəyir əti.
Soruşurlar:
- Niyə sən
at belində olanda
incidirdin milləti?
Birinin
pulunu alırdın əlindən,
birinin dəvəsini.
Niyə həbsə atdırırdın
sən
öz yaxınca qonşunun
günahsız nəvəsini?

Birinin arvadına
sataşırdın,
birinin xalasına.
Qeyrətin necə götürdü,
təcavüz eyləyəndə
ağbirçək xadimənin
bakirə balasına?..

Beləcə saydılar onun
günahların üzünə -
gördüm
bu günahlar
yüzdən,mindən də çoxmuş.
Günahkarlar içində,
demə,
bu günahkarın
tayı,
bərabəri yoxmuş...

Elə saya-saya da
onu
yıxdılar yerə onlar.
Bir az
tapdayandan sonra
dedilər,
dur gedək,
o biri tində
səni qaynatmaq üçün
hələ
qır qazanımız da var.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr