Kommersant.az saytı satılıb?
Daha bir saytın "əl dəyişdirdiyi" ilə bağlı xəbərlər yayılıb.
tv713.az qaynarinfo.az-a istinadən məlumat verir ki, "Kommersant.az" saytının əməkdaşlarından əldə edilən məlumata görə, saytın satışı üçün artıq bir neçə şəxslə görüşlər keçirilib. Portalın hansı səbəbdən satıldığı hələlik bilinməsə də, satışdan sonra sayt rəhbərliyində dəyişiklik olacağı da gözlənilir.
Qeyd edək ki, 2 ildir fəaliyyət göstərən "Kommersant.az" maliyyə və biznes portalı sahəvi sayt olmasına baxmayaraq, oxucular və KİV tərəfindən kifayət qədər tanınır.
Onu da bildirək ki, saytın hansı səbəbdən satışa çıxarıldığı məlum deyil.