İrandan cəbhədəki vəziyyətlə bağlı açıqlama
Tehran Azərbaycanla Ermənistan arasında atəşkəs əldə olunması üçün vasitəçilik etməyə hazırdır.
TV 713 Report-a istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.
“İran hərbi toqquşmaları diqqətlə və narahatlıqla izləyir. Hər iki tərəfi təmkinli olmağa və danışıqları bərpa etməyə çağırırıq”.