Paşinyandan ermənilərə: Qarabağdan çıxın!
Ermənistan Baş naziri Nikol Paşinyan qondarma Qarabağ rejimindəki ermənilərə müraciət edib.
TV 713 Axar.az- a istinadla xəbər verir ki, Paşinyan müraciətində Azərbaycan Ordusunun hücumunun qarşısında dayana bilmədiklərini etiraf edib.
“Bizim hərbçilərin müdafiəsinə baxmayaraq, mən böyük təəssüflə təsdiq edirəm ki, Azərbaycanın amansız ordusu hələ də hücumunu davam etdirir”, – deyə o bildirib.
Paşinyan, həmçinin qondarma rejimdəki erməniləri Ermənistana köçməyə çağırıb.