QAZİ övladlarının təhsiliylə bağlı QƏNİRƏ PAŞAYEVAdan TƏKLİF

Cəmiyyət 30-sen, 19:099 tv713 57 0
QAZİ övladlarının təhsiliylə bağlı QƏNİRƏ PAŞAYEVAdan TƏKLİF

Millət vəkili Q.Paşayeva MM-də fiziki imkanları məhdud olan Qarabağ müharibəsi veteranlarının övladlarının ödənişli ali təhsildən azad edilməsi ilə bağlı təkliflə çıxış edib.

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin bugünkü iclasında Qarabağ müharibəsi veteranları övladlarının ödənişli ali təhsil haqlarının dövlət tərəfindən qarşılanması təklifi ilə çıxış edib. O, qeyd edib ki dövlət başçısı və Birinci vitse-prezident müharibə veteranlarına daim diqqət və qayğı ilə yanaşıb; veteranlarımızla bağlı müvafiq Sərəncamlar imzalanıb, müvafiq qanunlara əlavə və düzəlişlər qəbul edilib.

Qənirə Paşayeva bildirib ki, I, II, III qrup əlilliyi olan Qarabağ müharibəsi veteranlarının ödənişli əsaslarla oxuyan tələbə övladlarının təhsil haqları dövlət tərəfindən qarşılanır və bu cəmiyyətimiz tərəfindən çox yüksək qiymətləndirilir. Lakin müharibədə aldığı zədələr nəticəsində daha sonralar sağlamlığını qismən itirib, “ümumi əlilliyi olan” kateqoriyasına düşən Qarabağ veteranlarının övladları bu güzəştlərdən yararlana bilmir. Onların övladları bu və ya digər səbəbdən sağlamlığını itirərək, əlillik dərəcəsi alan insanların övladlarına şamil edilən hüquqlardan, ancaq digər valideyni vəfat etmiş olduğu halda yararlana bilir. Qarabağ müharibəsi veteranları, müharibədən sonrakı illərdə sağlamlığını itirərək əlilliyi olan şəxsə çevrilən veteranların övladlarına da bu imtiyazların verilməsi xahişi ilə çıxış edir. Onlar bildirir ki, müharibədən sonra sağlamlığını itirərək əlillik dərəcəsi alan Qarabağ müharibəsi veteranları uşaqlarının digər valideynini itirmədiyi halda da bu güzəştlərdən yararlana bilməsinə böyük ehtiyac var. Sözügedən təklifi buradan səsləndirərək və dəstəkləyərək bu məsələ ilə bağlı
qəbul ediləcək müsbət qərarın Qarabağ müharibəsi veteranlarına dövlətimizin növbəti önəmli dəstəyi kimi cəmiyyətimiz tərəfindən yüksək qiymətləndiriləcəyini xüsusi vurğulamaq istəyirəm. Hökumətimizi 2021-ci ilin dövlət büdcəsi layihəsini Milli Məclisə təqdim edərkən, bu həssas məqamları nəzərə almağa çağırıram.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr