Daşnaksütyunun İrəvan “lideri” Ağdərədə məhv edildi
Daşnaksütyun Partiyasının İrəvan şəhər təşkilatının lideri, terrorçu Geqam Muşeqyan cəbhənin Ağdərə istiqamətində zərərsizləşdirilib.
TV 713. az axar.az-a istinadla xəbər verir ki, bu barədə "Daşnaksütyun"un sözçüsü İşxan Saqatelyan məlumat verib.
Qeyd edilir ki, Geqam Muşeqyan sentyabrın 30-da döyüşlərə qatılıb. O, Birinci Qarabağ müharibəsində də iştirak edib və Qaradağlı soyqırımının təşkilatçılarından olub.