Borrell: Rusiya hücum edən kimi dərhal...
Rusiyaya qarşı sanksiyalar paketi layihəsi hazırdır və ehtiyac yaranarsa, təsdiqlənməsi üçün irəli sürüləcək.
Tv 713 .az xəbər verir ki, bu sözləri Avropa Birliyinin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
“Biz hələ də diplomatik prosesin müsbət nəticəsinə inanırıq. Bütün səylərimizi buna yönəldəcəyik. Bununla yanaşı, artıq sanksiyalar paketini də AB Şurasına təqdim etmək üçün tam hazırlamışıq. Ehtiyac yaranan kimi mən bu paketi təqdim edəcəyəm. Təcavüz baş verərsə, dərhal Xarici İşlər Nazirləri Şurasını çağıracağam. Sanksiya paketi təklif etmək üçün yekdil qərar tələb olunur, əminəm ki, Şura bunu təsdiq edəcək. Enerji məsələləri bu paketin ən mühüm hissələrindən biri olacaq. Amma onların tətbiqi məqamı gələnə qədər mən sizə sanksiyaların məzmunu barədə məlumat verə bilmərəm”, - deyə baş diplomat bildirib.