Ramil Səfərovun doğulduğu kənd də işğaldan azad edildi
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin işğalda olan bəzi ərazilərimizin azad olunması ilə bağlı verdiyi xəbər sevinclə qarşılanır. Bu bölgələrdən olan vətəndaşlar kəndlərinin işğaldan olunmasından sonra artıq məcburi köçkün statusu daşımadıqları barədə sosial şəbəkədə paylaşım edirlər.
TV 713. az xəbər verir ki, azad olunan kəndlər arasında Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun doğulduğu Şükürbəyli kəndi də var.
Qeyd edək ki, polkovnik-leytenant Ramil Səfərov 1977-ci ildə Cəbrayılın Şükürbəyli kəndində anadan olub.