Erməni təxribatları nəticəsində Tərtərə dəyən ziyan açıqlandı
Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonunun mərkəzinə, Hüsənli və Səhləbad kəndlərinə ağır artilleriyadan 310 zərbə endirilib.
Tərtər Rayon İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata görə, ümumilikdə, 27 sentyabrdan bu günədək rayonda düşmən təxribatı nəticəsində doqquz mülki şəxs həlak olub, 37 nəfər yaralanıb.
Məlumatda bildirilib ki, 82 ev tamamilə dağıdılıb, 351 evə ziyan dəyib:
“51 çoxmənzilli yaşayış binasına ziyan dəyib. 22 yardımçı tikili tamamilə dağıdılıb, 29 yardımçı tikiliyə, 17 sosial obyektə, altı istehsal obyektinə, 27 ticarət obyektinə ziyan dəyib”.
“Həmçinin, 14 inzibati bina zərər çəkib”, - deyə RİH-dən qeyd edilib.