VHP Bakının azad edilməsinin ildönümünü qeyd etdi
Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Bakı şəhərinin azad edilməsinin 105-ci ildönümü münasibətilə Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət edib.
Tv 713. az xəbər verir ki, bu barədə axar.az-a partiyadan məlumat verilib.
Bildirilib ki, VHP üzvləri Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçmiş türk qardaşlarımızın əziz xatirəsini yad ediblər.
VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Bakının azad olunmasının tariximizdə əvəzolunmaz rolu haqda danışaraq bugünkü müstəqil Azərbaycanın mövcudluğunda Nuru Paşanın komandanlığı altında canlarını fəda etmiş qəhrəmanların xidmətlərinin heç zaman unudulmayacağını və onların xatirəsinin həmişə xalqımız tərəfindən ehtiramla yad edildiyini bildirib.
Daha sonra VHP Ali Məclisinin sədri Felmar Ələkbərli çıxış edərək Xalq Cumhuriyyəti üçün mühüm hadisə olan Bakının azad olunması uğrunda döyüşlərdə türk əsgərinin, Çanaqqala savaşında Azərbaycan əsgərlərinin qəhrəmanlığının dünya durduqca dostluq və qardaşlıq dastanı kimi xatırlanacağını bildirib. Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini, sarsılmazlığını əks etdirən bu məzarlıqda uyuyan türk şəhidlərinin qəhrəmanlığı və fədakarlığı dərin hörmət və ehtiramla xatırlanıb.