Döyüşlər davam edəcək: səbəbləri... - Zülfüqarov

Siyasət 10-okt, 13:469 tv713 132 0
Döyüşlər davam edəcək: səbəbləri... - Zülfüqarov


Atəşkəs sadəcə humanitar xarakterlidir. Yaxın günlərdə və ya həftələrdə hərbi əməliyyatların bərpası qaçılmazdır.

Tv 713. az xəbər verir ki, bu sözləri sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskvada keçirilən görüşünün yekunlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin iştirakı ilə Moskvada on saatlıq gərgin görüşdə yalnız humanitar atəşkəs əldə edilib:

“İlk olaraq onu deyim ki, razılaşdırılan atəşkəs “humanitar” məqsədlər üçün nəzərdə tutulub. 10 oktyabr 2020-ci il tarixində saat 12:00-dan etibarən başlayacaq 2 günlük atəşkəs hərbi əsirlərin və digər saxlanılanların, ölənlərin cəsədlərinin mübadiləsi üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə tədbiq ediləcək.

Atəşkəs rejiminin konkret parametrləri haqda yekun bir fikir söyləmək üçün tezdir. Çünki bu barədə tərəflər yekun qərara gəlməyib.

Danışıqlar prosesinin yenidən başlama ehtimalına gəlincə, həll prinsiplərinə sadiq qalma barədə razılığın olduğu xüsusi bir mətn yoxdur ki, bu da münaqişənin hər an yenidən alovlanması deməkdir.

Ümumilikdə deyə bilərəm ki, hərbi əməliyyatlar münaqişənin bu günə qədərki bir çox qəlibləşmiş "reallıqlarını" dəyişdi”.

Politoloq deyib ki, müharibə bizə çox şey qazandırıb:

“Birincisi, status-kvo faktiki olaraq dəyişdirildi. Düşmən tərəf birmənalı olaraq hərbi və siyasi olaraq zəifliyini anladı.

İkincisi, həmsədrlərin fəaliyyətsizliyinin hər an regionda lokal bir müharibəyə səbəb ola biləcəyini göstərdi.

Üçüncüsü, Rusiya ilə yanaşı, Türkiyə də faktiki olaraq münaqişənin bir parçası olduğunu, lazım gəldikdə birbaşa müdaxilə edə biləcəyini nümayiş etdirdi.

Dördüncüsü, düşmən tərəf anladı ki, Rusiya onların əvəzinə heç də müharibə aparmaq istəmir. Digər tərəfdən, Rusiya cəmiyyəti də bunu düzgün hesab etmir”.

T.Zülfüqarov yenidən uzunmüddətli atəşkəsin əldə edilməsini Azərbaycanın qəbul etmədiyini bildirib:

“Birincisi, Azərbaycan cəmiyyəti heç bir halda hərbi əməliyyatların dayandırılması fikrini dəstəkləmir.

İkincisi, düşünürəm, ölkə rəhbərliyi də hərbi əməliyyatların dayandırılmasına razı olmayacaq.

Üçünücüsü, Rusiya hələ də Paşinyanın lazımi dərsi almadığını düşünür. Bu mənada hərbi əməliyyatların yenidən başlaması mümkündür.

Dördüncüsü, Paşinyan bundan öncəki qarşıdurmalarda olduğu kimi, yenə məğlub olmasına baxmayaraq, özünü qalib tərəf kimi göstərərək xalqını aldadacaq və bunu dünyaya da belə təqdim etməyə çalışacaq”(axar.az).
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar