Eldəniz Səlimovun deputat səlahiyyətlərinə xitam verildi
Eldəniz Səlimovun deputat səlahiyyətlərinə xitam verilib.
Tv 713.az xəbər verir ki, bunu Report-a açıqlamasında Milli Məclisin İntizam komissiyasının katibi Nurlan Həsənov deyib.
Onun sözlərinə görə, Konstitusiyanın 89-cu maddəsinin tələblərinə uyğun olaraq, Milli Məclisin deputatı cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda deputat mandatından məhrum edilir və səlahiyyətlərini itirir: "Eldəniz Səlimov barəsində məhkəmənin hökmü olduğuna görə onun deputat səlahiyyətlərinə xitam verilib, yəni mandatını itirib".