İlham Əliyev: “Tezliklə Füzuli rayonu ilə bağlı yaxşı xəbərlər gələcək”

Aktual 15-okt, 18:419 tv713 82 0
İlham Əliyev: “Tezliklə Füzuli rayonu ilə bağlı yaxşı xəbərlər gələcək”


"Azərbaycan ordusu hər gün uğurlu əməliyyatlar keçirir. Bu əməliyyatlar haqqında ictimaiyyətə məlumatlar verilir. Bizim əsas məqsədimiz torpaqlarımızın bütövlüyünü təmin etməkdir”.

Tv 713. az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Türkiyənin NTV televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, döyüş meydanında əsas hədəf strateji yüksəklikləri əldə etmək və böyük əraziləri nəzarət altına almaq idi:

“Dünən mənim tərəfimdən verilən açıqlama Azərbaycan xalqını növbəti dəfə sevindirdi. Füzuli rayonunun üç, Xocavənd rayonunun beş kəndi işğalçılardan azad edildi. Həm şimal, həm cənub, həm də şərq strateji yüksəkliklər bizim nəzarətimizdədir.

Uğurlu əməliyyatımız davam edir. Hər gün bu rəqəmlər dəyişir. Amma haradasa 40-dan çox yaşayış məntəqəsi – şəhərlər və kəndlər azad edilib. Yaxın vaxtlarda növbəti sevincli, xoş xəbərlər gələcək.

Əsas əməliyyatlar şimal və cənub istiqamətlərində aparılır. Füzuli rayonunun bir çox kəndlərini işğaldan azad etdik. Əminəm ki, tezliklə Füzuli rayonu ilə bağlı yaxşı xəbərlər gələcək”.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr