Hansı dozada içki insulta səbəb olur?

Aktual / Cəmiyyət / Səhiyyə / Manset 30-okt, 10:399 tv713 23 0



Alimlər tərəfindən aparılan yeni bir araşdırma alkoqol qəbul edən insanların insult keçirmə riskinin daha yüksək olduğunu təsdiqləyib.

Tv713.az Medicina.az-a istinadla xəbər verir ki, İrlandiya Milli Universitetinin tədqiqatçılarından ibarət bir qrup insult yarada biləcək alkoqol miqdarını hesablayıb.

Qeyd olunur ki, insult beyinə qan axınının kəskin pozulmasının nəticəsidir və işemik və ya hemorragik (beyində qanaxma ilə nəticələnən qan damarının yırtılması) ola bilər.

Tədqiqatın müəllifləri orta hesabla çox içənlərdə insult riskinin içməyənlərə nisbətən 14 faiz daha yüksək olduğunu müəyyən ediblər.

Mütəxəssislər həmçinin insult yarada biləcək alkoqol dozasını da müəyyən ediblər.

Mütəxəssislər belə qənaətə gəliblər ki, gün ərzində qəbul edilən 5 pors alkoqol işemik insult riskini 29%, hemorragik insult riskini isə 76% artırır. Əgər bir insan ayda 2 dəfə bu qədər miqdar içərsə, qəfil və ya sonradan orta yaşı keçdikdən sonra insult riski artır.

Beş porsiya alkoqol nədən ibarətdir?

Həkimlər aydınlaşdırıblar ki, bu miqdar beş stəkan içki, yarım şüşə şərab və ya iki yarım litr pivəyə bərabərdir.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr