SOCAR-da kadr dəyişikliyi
“SOCAR-AQŞ” MMC-nin direktoru Ramin İsayev vəzifəsindən azad edilib.
TV 713.az xəbər verir ki, şirkətə rəhbərlik Samir Mollayevə həvalə olunub.
O, bundan əvvəl “Nobel Oil LTD” şirkətində rəhbər vəzifədə çalışıb.
Xatırladaq ki, “SOCAR-AQŞ” 2005-ci ildə yaradılıb, neft-qaz quyularının qazılması və təmiri ilə məşğuldur. Onun nizamnamə kapitalı 381 min manatdır. Şirkətin təsisçiləri 13,4% payla Dövlət Neft Şirkəti (SOCAR), 73,8% payla “Nobel Oil LTD” şirkətinin Azərbaycandakı filialı və 12,8% payla “Abşeron Qazma” MMC-dir (report).