Düşmənin heç bir istiqamətdə əks-hücum cəhdinin perspektivi yoxdur” - Hərbçi ŞƏRHİ

Aktual 28-okt, 08:129 tv713 93 0
Düşmənin heç bir istiqamətdə əks-hücum cəhdinin perspektivi yoxdur” - Hərbçi ŞƏRHİ


İlham Əliyevin zərgər dəqiqliyi ilə yürütdüyü dünya miqyaslı uğurlu xarici siyasət strategiyası, əvvəlki illərdən fərqli olaraq, Azərbaycanın hərbi əməliyyatları aparmaqda zaman məhdudiyəti amilini aradan qaldırmışdı.

Bununla Azərbaycanın başlatdığı hərbi əməliyatları siyasi-diplomatik yollarla dayandıra bilməyən Ermənistanın baş strateji hesabı boşa çıxmış, məğlubiyyəti labüdləşmişdir”.

TV 713 .az xəbər verir ki, bu fikirləri Qarabağ döyüşçsüsü, polkovnik-leytenant Nazim Bayram bildirib.

Onun sözlərinə görə, Ermənistanın hazırkı çabaları “uduzulmuş partiyanın oynanılmasıdır”.

“Təəssüf ki, (bəlkə yaxşı ki) irrasional faşist ideyaları ilə xəstə olan erməni hərbi-siyasi rəhbərliyi, qeyri-adekvatdır, hərbi məğlubiyyətin qaçılmazlığını artıq tam anlasa da, danışıqlar masasına gəlmir, “son erməniyə qədər” döyüşməyi tərcih edir.

Lakin bilavasitə döyüş meydanında Silahlı Qüvvələrimizin massiv, yüksəkdəqiqli, effektiv zərbələri altında düşmən qüvvələri hərbi-texniki və mənəvi-psixoloji cəhətdən dərindən sarsıdılıb, mütəşəkkil müqavimət və döyüş qabiliyətini hər yeni günlə itirməkdədir”.

Nazim Bayram deyir ki, Azərbaycan Ordusu strateji hücum təşəbbüsünə tamamilə sahibdir və əməliyat baxımından düşmənə iradəsini diktə edir. Qarşı tərəf yalnız reflektor müdafiə olunur, faktiki isə döyüş meydanını pərakəndə şəkildə tərk edərək, qaçır.


“Erməni rəsmiləri “bəzi cəbhə istiqamətlərində geriçəkilmələri” etiraf etsələr də, mənzərəni izləyən istənilən hərbi müşahidəçi üçün aydındır ki, bu, “geriçəkilmə” manevri yox, texnikanı, silah-sursatı atıb, canlarını qurtarmaq üçün döyüş meydanından tez-tələsik qaçışdır.

Əməliyyat baxımından hazırkı hücum əməliyyatlarımızın istiqamətləri birinci müharibədəkindən ciddi fərqlənir. Bunun bir səbəbi birinci müharibədən fərqlənən cəbhə konfiqurasiyasıdırsa, digər (əsas) səbəb, əməliyyat planının optimal qurulmasıdır. Mahiyyəti ondan ibarətdir ki, düşmənin illərlə möhkəmləndirdiyi müdafiə-istehkam xətti bütün cəbhə boyunca deyil, bir neçə əsas istiqamətdə yarıldıqdan sonra, qoşunlarımız Dağlıq Qarabağın dərinliklərinə düşmənin cinahlarından və arxasından nüfuz edir. Bununla düşmən, hazır olmadığı, müdafiə istehkamları qurmadığı istiqamətlərdən hücum olunur, müdafiə rayonlarında (inzibati rayonlarla səhv salınmasın) lokallaşdırılır, arxası və qonşuları ilə əlaqələri tam ya qismən kəsilir, vahid müdafiə sistemi parçalanır, əməliyyat mühasirəsinə salınır (ya bu təhlükə ilə üzləşəcəyindən), tutduğu mövqeləri tərk edir.

Yuxarıda qeyd etdiyim kimi, hərbi əməliyyatların aparılmasında vaxt məhdudiyyəti amili qaldırıldığından, Silahlı Qüvvələrimiz qabaqçıl müharibə vasitələri ilə düşmən qüvvələrini maksimum kontaktsız, sistematik və metodik şəkildə məhv etməklə, az itkilərlə irəliləyir, ancaq hücum tempini yüksək olaraq saxlayır.

Hazırda düşmənin heç bir istiqamətdə əks-hücum cəhdlərinin perspektivi yoxdur. Belə cəhdlər ona heç nə vermir, əksinə, açıq əməliyyat məkanına çıxmaqla məhv olunması şanslarını artırır”.


Polkovnik-leytenant onu da bildirib ki, cəmiyyətimizin tam qələbə xəbərini, digər rayonlarımızın işğaldan azad olunması xəbərini gözləməkdə səbirsizliyi anlaşılandır.
"Ancaq az itki vermək üçün hərbi əməliyyatlarımız tələsmədən aparılır. Buna görə cəmiyyət də tələsməsin, 30 il gözlədiyimizi bir neçə gün də səbrlə gözləyək. Ən əsası odur ki, Ordumuzun qarşısıalınmaz hərəkəti davam edir və torpaqlarımızın azad olunması artıq zaman məsələsidir!

Allah qəhrəman millətimizi, şanlı ordumuzu, Ali Baş Komandanımızı və haqq işimizdə bizə arxa və dəstək olan Türkiyəmızı, qardaş Pakistanı, bütün dostlarımızı qorusun, bizə tezliklə böyük zəfər nəsib eləsin.

Bu qələbəmizlə birinci müharibədən bu yana verdiyimiz bütün Şəhidlərimizin və günahsız qurbanlarımızın qanı alınacaq, Vətənimizin bütövlüyü ilə Şəhilərimizin ruhları da şad olacaq.

Azərbaycan əsgərinə eşq olsun!”.






Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr