"İlham Əliyevdən müsahibə almaq istəyənlər qarşısında bu kitabı oxumaq şərt qoyulmalıdır"

Manset 01-noy, 20:379 tv713 60 0

"İlham Əliyevdən müsahibə almaq istəyənlər qarşısında bu kitabı oxumaq şərt qoyulmalıdır"

Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli beynəlxalq hüquqa və Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olmalıdır. Münaqişənin həlli üçün Minsk qrupunun həmsədr ölkələri tərəfindən irəli sürülən təkliflər beynəlxalq hüquqa və Azərbaycan Respublikasının Konstitusiyasına zidd ola bilməz, əks halda qəti şəkildə rədd edilməlidir.

Beynəlxalq hüquqa və milli qanunvericiliyə görə, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Qondarma "Dağlıq Qarabağ Respublikası" leqal bir subyekt deyil. Beynəlxalq hüquqa hörmət edən heç bir dövlət qondarma "Dağlıq Qarabağ Respublikası"nı leqal bir subyekt və ya müstəqil/suveren bir dövlət kimi tanıya bilməz. Ermənistan rəsmilərinin beynəlxalq hüquqa zidd açıqlamaları beynəlxalq hüququn subyektləri tərəfindən qınanmalıdır. Dünya ictimaiyyəti beynəlxalq hüququ tanımayanlara tolerant münasibət göstərməməlidir.

- Paşinyanın "Qarabağ Ermənistandır" bəyanatı beynəlxalq hüquqa hörmətsizlik və Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə təcavüz cəhdidir. Ölkələrin ərazi bütövlüyü mübahisə mövzusu ola bilməz. Əks halda dünyada xaos olar. Beynəlxalq təhlükəsizlik və sülh ciddi təhlükə altına düşər. Beynəlxalq hüququn bir mənası qalmaz.

- Paşinyanın Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesinə qondarma "Dağlıq Qarabağ Respublikası"nı tərəf kimi cəlb etmək səyləri illeqal bir qruplaşmaya legitimlik qazandırmaq cəhdidir. 2 sentyabr 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin SSRİ-dən ayrılıb qondarma "Dağlıq Qarabağ Respublikası"nın yaradılması qərarı beynəlxalq hüquqa, SSRİ və Azərbaycan Konstitusiyasına zidd olaraq həyata keçirilib. Ona görə də bu qondarma qurum leqal deyil, legitimliyi yoxdur.

- Paşinyanın və digər Ermənistan rəsmilərinin qondarma "Dağlıq Qarabağ Respublikası"na legitimlik qazandırmaq üçün hər fürsətdə irəli sürdüyü və mövzudan məlumatsız jurnalistlərin hüquqi hesab etdiyi 10 dekabr 1991-ci il referendumu həm Sovet Konstitusiyasına, həm də Azərbaycan Konstitusiyasına zidd olaraq keçirilib. Ona görə də hüquqi qüvvəsi yoxdur.

Ukraynalı hüquq professoru Aleksander Merezhko, "The Problem of Nagorno-Karabakh and International Law" adlı kitabında qondarma "Dağlıq Qarabağ Respublikası"nın beynəlxalq hüququn bir subyekti olmadığını çox aydın şəkildə, hər kəsin anlayacağı bir dillə izah edib. Bu kitabı həm siyasətçilərin, həm diplomatların, həm QHT rəhbərlərinin, həm də media nümayəndələrinin oxumağı olduqca vacibdir. Hətta Azərbaycan Prezidentindən müsahibə almaq istəyən jurnalistlər qarşısında bu kitabı oxumaq şərt qoyulmalıdır. Münaqişənin hüquqi tərəfləri haqqında heç bir məlumatı olmayan insanların Prezidentdən müsahibə almağa göndərilməsi hər şeydən əvvəl jurnalistika peşəsinə hörmətsizlikdir.

"İlham Əliyevdən müsahibə almaq istəyənlər qarşısında bu kitabı oxumaq şərt qoyulmalıdır"


Kitabda təfərrüatı ilə yazılıb, mən mövzuyla bağlı ən vacib nüansları qeyd edirəm.

http://libgen.rs/book/index.php?md5=359036EF1953E93AEAB0EED32E57C443

- SSRİ-yə qoşulmazdan əvvəl Azərbaycan digər Sovet respublikaları kimi Millətlər Liqası tərəfindən beynəlxalq hüququn bir subyekti kimi qəbul edilib.
- SSRİ-yə qoşulandan sonra da Azərbaycan digər Sovet Respublikaları kimi suveren dövlət idi. Sovet Sosialist Respublikalarının suverenliyi BMT tərəfindən də tanınıb (Ukrayna və Belarus örnəği).
- Azərbaycan SSR Konstitusiyasına görə Azərbaycan SSR-nin ərazisi onun razılığı olmadan dəyişdirilə bilməzdi.
Bənzər bir maddə (Article 78) SSRİ Konstitusiyasında mövcud olub: Federal respublikaların ərazisi onların razılığı olmadan dəyişdirilə bilməz.
- SSRİ Konstitusiyasında hər üzv respublikanın (muxtar vilayətin deyil) İttifaqdan ayrılma haqqı tanınıb. DQMV Azərbaycanın tərkibində mövcud olduğuna görə, DQMV-nin Azərbaycan SSR-nin razılığı olmadan SSRİ-dən ayrılması İttifaq Konstitusiyasına zidd idi. 1988-1991-ci illərdə buna edilən təşəbbüslər SSRİ Ali Şurası tərəfindən rədd edilib. Məsələn, Ali Şuranın 18 iyul 1988-ci il qərarı, 10 yanvar 1990-ci il qərarı və 28 noyabr 1991-ci qərarı erməni separatizminə Sovet rəhbərliyi tərəfindən verilən hüquqi qiymət idi.
- 30 avqust 1991-ci ildə Azərbaycan SSR Ali Şurası SSRİ-dən ayrılmaq və dövlət müstəqilliyinin bərpası haqqında qərar qəbul etdi. 18 oktyabr 1991-ci ildə isə dövlət müstəqilliyinin bərpasına dair Konstitusiya aktı qəbul olunub. Azərbaycan, AXC-nin varisi olduğunu bəyan etsə də, eyni zamanda Sovet hüquqi irsini qəbul etmişdi. Azərbaycanın MDB-yə üzv olması da bunun bir təsdiqi idi. Beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti, Konstitusiyaya görə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qalmaqdaydı. Azərbaycanın suveren dövlət kimi SSRİ-dən ayrılması Dağlıq Qarabağın hüquqi statusuna təsir etmirdi.
- 2 sentyabr 1991-ci ildə keçmiş DQMV və Şaumyan rayonu ərazisində qondarma "Dağlıq Qarabağ Respublikası"nın yaradılması həm Sovet Konstitusiyasına, həm də Azərbaycan SSR Konstitusiyasına zidd idi. Sərhədlər yalnız Azərbaycan SSR-nin razılığı ilə dəyişdirilə bilərdi. Sovet Konstitusiyasında DQMV-yə belə bir qərar vermək hüququ tanınmamışdı. 10 dekabr 1991-ci ildə keçirilən referendum isə Azərbaycan Respublikasının Konstitusiyasına zidd idi. Beləliklə, qondarma "Dağlıq Qarabağ Respublikası" beynəlxalq hüququn bir subyekti deyil, illeqal bir strukturdur.
- 23 noyabr 1991 tarixli DQMV-nin ləğvinə dair qərar Azərbaycanın suveren hüququ idi və Konstitusiyaya uyğun idi.
- Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bütün dövlətlər və bütün beynəlxalq təşkilatlar tərəfindən, o cümlədən BMT, Avropa Şurası, Avropa İttifaqı, NATO və s. tərəfindən tanınıb.
- BMT Təhlükəsizlik Şurası qərarları, o cümlədən 822, 853, 874 və 884 saylı qətnamələr tərəflər üçün bağlayıcıdır ("binding"). Bu qətnamələrdə Azərbaycanın erməni silahlı birləşmələri tərəfindən təcavüzə məruz qaldığı və ərazi bütövlüyünün pozulduğu təsdiq olunub.

Fazil Qasımov, İstanbul Universitetinin doktorantı
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar