Trampa xəyanət edildi, geniş dəstək gözləyirdim
Donald Trampa xəyanət edildi.
Axar.az xəbər verir ki, bunu İsrailin keçmiş rabitə naziri Eyyub Qara bildirib.
Keçmiş türk əsilli nazir amerikalı yəhudilərin 72 faizinin Co Baydenə səs verməsinin böyük xəyal qırıqlığı yaratdığını söyləyib:
"İsrail dövlətinin indiyə qədər gördüyü ən yaxşı ABŞ prezidentinə geniş dəstək gözləyirdim. Hörmətli amerikalı yəhudilərin İsrail aşiqi Trampa xəyanəti mənə təkrar bir fenomeni xatırladır. Yəhudilərin əksəriyyəti Trampı seçməli idi, çünki İsrail və digər ölkələrdəki yəhudilərin təhlükəsizliyinin zəmanəti güclü bir İsrail dövlətidir".