Bakı istəyinə nail oldu: ancaq müharibə hələ bitməyib
Xəritəyə baxanda görmək olar ki, azərbaycanlılar faktiki olaraq ərazilərinin azad edilməsilə bağlı bütün məsələləri həll ediblər. Qarabağın mənəvi paytaxtı Şuşa götürülüb, razılaşmaya əsasən, erməni qoşunları 1 dekabra kimi olduqları rayonlardan çıxarılır. Həmin qoşunlar demək olar ki, təcrid olunublar. Onlar orada qala bilərlər, amma qışın gəlməsi ilə bu, onlar üçün ölüm və aclıqdan başqa bir şey deyil.
TV 713. az xəbər verir ki, bu sözləri tanınmış rusiyalı politoloq Maksim Şevçenko deyib. O bildirib ki, Azərbaycan hətta Zəngəzur, Ermənistan ərazisi vasitəsilə Naxçıvanla dəhlizin yaradılmasına da nail oldu:
“Belə görünür ki, hər şey yaxşıdır, müharibə başa çatıb. Amma görürük ki, Ermənistanda tez-tez olan hadisələr baş verir. Parlamentə hücum edilir, spiker vəhşicəsinə döyülür, Paşinyan haradadır, bəlli deyil. Parlamenti qarət edən kütlə hakimiyyət dəyişikliyi tələb edir. Onda belə sual olunur: İndi müharibə başa çatacaq?
Xeyr, müharibə başa çatmayacaq. Çünki Ermənistanda hakimiyyətə gələcək hər hansı qüvvə uduzduğunu, azərbaycanlılarla barışmağı təklif edə bilməyəcək, revanş ideyaları ilə çıxış edəcək”(axar.az)