Erməni uşaqlarına qarşı Paşinyan ssenarisi: SOYQIRIM

Aktual 25-okt, 15:459 tv713 58 0
Erməni uşaqlarına qarşı Paşinyan ssenarisi:  SOYQIRIM
Ermənistan rəhbərliyinin məhv edilən ordusundakı boşluqları doldurmaq üçün yaşı 15-dən aşağı olan uşaqlardan istifadə etməsinin arxasında çox məkrli niyyət dayanır.

TV 713. az xəbər verir ki, bununla öz ictimaiyyətinə vətənpərvərlik ruhu aşılamağa çalışması ehtimalı da yox deyil. Ancaq məsələ ondadır ki, müharibə Ermənistan ərazisində getmir, Ermənistan vətən müharibəsi aparmır və Ermənistanda yaşayan insanlar üçün heç bir həyati təhlükə yoxdur. Hətta bu ölkədən Azərbaycanın mülki şəhərləri ballistik raket atəşinə tutulsa da, Azərbaycan Ordusu bunun əvəzini cəbhədə, erməni ordusundan və silahlı şəxslərdən çıxır. Başqa sözlə desək, Azərbaycan Ermənistan ərazisini vurmur, bu ölkənin uşaqlarının “silaha sarılması” üçün heç bir səbəb yoxdur.

Ermənistan əlinə silah verdiyi uşaqları dünya birliyi tərəfindən tanınan Azərbaycan ərazilərinə göndərir və faktiki olaraq öz işğalçılıq siyasətinə uşaqları qurban verir. Azərbaycan ərazisində olan erməni ordusu öz vətənlərinə gedərsə və işğaldan əl çəkərsə, müharibə də bitər.

Ancaq Ermənistan rəhbərliyi faktiki olaraq işğaldan əl çəkmir, Paşinyan isə işğalı davam etdirmək üçün total səfərbərlik elan edib.

Uşaqların orduya cəlb edilməsi dəhşətli hərbi cinayətdir və arxasında çox məkrli planlar dayanıb. Faktiki olaraq orduya cəlb edilən uşaqlar silahlıdır, əsgər formasındadır və Ordumuza müqavimətdə iştirak edirlər. Ordumuz isə Azərbaycanın ərazi bütövlüyünü təmin edir və bu yolda ona müqavimət göstərən hər bir obyekti məhv etmə hüququna malikdir. Bu uşaqlar Ordumuzun zərbəsi nəticəsində məhv edildikdə isə Ermənistan rəhbərliyinin onların əynindəki hərbi paltarı çıxarıb, “qanlı köynək” geyindirəcəyi və bütün dünyaya Azərbaycan Ordusu uşaqlara da öldürdüyünü sübut etməyə cəhd göstərəcəyi istisna edilməməlidir.

Bu, ermənilərin tarixən istifadə etdiyi bir hiylədir və Ermənistan rəhbərliyi də məkri davam etdirə bilər. Bu siyasəti və təbliğatı həyata keçirmək üçünsə erməni uşaqlarını əlinə silah verərək, ölümə göndərmək yolu seçilib.


Bu, bir hakimiyyətin öz xalqına qarşı əsl terroru, soyqırımıdır.

Bir neçə gün öncə Ermənistan baş naziri əslində buna da işarə etmişdi, bildirmişdi ki, ermənilərə qarşı “növbəti soyqırım” ola bilər. İndi həmin “soyqırım” tamaşasını yaratmaq üçün Paşinyan uşaqları silahlandırıb, döyüşə göndərməklə məşğuldur.

Bu mənfur, öz xalqının qanına susayanların dəhşətli cinayətləri indidən ifşa olunmalıdır(axar.az)...
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr