"Sülhməramlı" Rusiyanın TƏHDİD DİLİ

Yazarlar 13-noy, 18:069 tv713 175 0
"Sülhməramlı" Rusiyanın TƏHDİD DİLİ
İGİD TEYMURLU

LAVROV DİVANA ÇƏKİLMƏLİDİR, CƏNAB CEYHUN BAYRAMOV


Bəli, tarix təkrar olunur.
1920-ci il 2020-ci ildə də təkrar olunmaqdadı!!!
Yenə də meydanda Azərbaycanın taleyi, yenə də qardaş Türkiyə və yenə də bütün tarix boyu qanımıza susayan Rusiya!!!
Və bir də soydaşlarımızın ifasında oxunan serenada: hərə üzünü bir ünvana tutub öz sevgisini izhar etmədədi....

Özümüzü aldatmayaq. Bəli, Paşinyanın ən böyük səhvi reallığı öz xalqından gizləməsi oldu. Azərbaycanın müzəffər ordusunun rəşadətli mübarizə strategiyasının həcmini Paşinyan çox kiçiltdi, öz mövqeyini qoruyub saxlamaq üçün müqəddəs yalanlar uydurdu. Və bu da onu məğlubiyyətə gətirən əsas amillərdən oldu.
Azərbaycanda da cəmiyyət olaraq biz bunun fərqli formatını ortaya qoyuruq. Hər şey qədərindən artıq təqdim ediləndə dəyərini itirir. Müzəffər ordumuzun rəşadətini təqdim edəndə Mir Şahinin Birinci Qarabağ Savaşının Döyüşçülərini "məğlub əsgər" epiteti ilə "şərəfləndirməsi" Onun alnının qırışlarının ölçüsü üçün deyil. Mir Şahinin bu epiteti Şəhidliyimizə, Döyüş Yolumuza bir həqarət idi ki, içindəkini qədərindən artıq püskürtməklə özü-özünü 67 minlik bir ordunun opiorfin qonaqlığının "şərəfli üzvü"nə çevirdi. Opiorfin Sənə çox yaraşır, Mir Şahin və o kadar!..
Azərbaycan, Rusiya və Ermənistan arasında ayın 10-da gecə saat 01.00-da bağlanan doqquz bəndlik sülh sazişinin bəndləri doğrudan da, ermənilərin kapitulyasiyadırsa, onda sual olunur. Öyləsə, zaman-zaman qanımıza susamış erməni köpəklərin açıqlamalarındakı SEVİNC hissinə rəvac verən nədir?
BAXIN: Separatçı rejimin başçısı Araik Harutyunyan etiraf edib ki, "Azərbaycan Ordusu Xankəndinin 2-3 kilometrliyindən geri qayıdıb". Araik onu da deyib ki, "atəşkəs olmasaydı, onlar bütün torpaqları itirəcəkdilər".
ƏCƏBA, Araik hansı torpaqları nəzərdə tutur?
YAXUD, Nikol Paşinyan. "Düşük", "daban yalayan" Paşinyan etiraf edib ki, "erməni ordusu tükənmişdi, dayanmaq, nəfəs dərmək, toparlanmaq üçün vaxt istəyirdi".
ƏCƏBA, öyləsə, nədən dayanıb Paşinyanın nəfəs almasına imkan verdik?
Xankəndinin "2-3 kilometr yaxınlığı"nda olan qəhrəman Azərbaycan Ordusu niyə müzəffər yürüşünü yarımçıq saxlayıb geri döndü?!..
Nədən "sülhməramlı" qismində ruslar bölgəyə daxil oldu?
Zatən Qarabağ problemini yaradan, türklərin deportasiyalara, soyqırımlara məruz qalmasına rəvac verən, Cənubi Qafqazda daim münaqişə ocağı olsun deyə oyuncaq Ermənistan dövləti yaradan rus deyilmi?
Nədən öncə rus, sonradan türk ordusu sınırlarımızdan içəri daxil oldu - əgər bu qüvvələr "eyni statusdadılar"sa?...
HƏLƏ Putinin sözçüsü Peskovun və həmçinin Kələntəryan-Lavrovun sözçüsü Mariya Zaxarovanın açıqlamasına baxın:
"...Türkiyə sülhməramlıları Azərbaycanın başqa ərazilərində nə vaxtsa yerləşdirilə bilər, ANCAQ QARABAĞDA YOX".
Bu açıqlama isə özündə həm də onu ehtiva edir ki, demək rusların təbirincə Qarabağ Azərbaycan torpağı deyil....
Bax bu kimi açıqlamaları və toy-bayram əhval-ruhiyyəsini görəndə adam çaş- baş qalır. Şübhəsiz ki, mən də digər soydaşlarımız kimi bunu "ən mümkün olan" kimi qəbul edirəm və ümidliyəm ki, rus ayısı da inşəAllah yaxın gələcəkdə torpaqlarımızdan çıxarılacaq və Rusiya adlı imperiyanın ərazisində 129 bayraq dalğalanacaq. Çünki artıq imperiyalar zamanı bitib.
Şübhəsiz ki, bu durum həm də zamanın diktəsidir. Ama adamın dalağı 100 il bundan öncəki tarixin təkrarlanma səhnəsini görəndə sancır. Yenə də şükür ki, açıq mətnli Ali Baş Komandan açıqlamaları (" status gorbagor oldu", rayonların bölüşdürülməsi bağlı yeni inzibati formatla bağlı müxtəlif səpkili yazıların cəmiyyətin ayrı-ayrı fərdləri tərəfindən ortaya qoyulmas və s.) var ki, adamda sabaha ÜMİD yaradır. Allah xeyirlisini Uca Millətimizə, DÖVLƏTİMİZƏ nəsib etsin! Di gəl ki, harada rus varsa, orada qan VAR, orada qada VAR, orada talan var, orada istila var, orada torpaqların zəbt edilməsi var, orada hiylə VAR, orada riya Var, orada yalan Var, orada məkr Var...
Bax indi həmin keyfiyyətlərin daşıyıcısı olan ruslar Qarabağdadır, xanımlar və cənablar!
İNDİ BUNU NECƏ BAŞA DÜŞƏK?
HƏLƏ BU, HARASIDIR.
RUSİYA dövlət səviyyəsində bəzi açıqlamalara cavab verməlidir, cənab CEYHUN BAYRAMOV - Lavrovu divana çək, divana: HAQQIN DİVANINA..

RUSLAR HEÇ "BİSMİLLAH" ELƏMƏMİŞ AZƏRBAYCANLA TƏHDUD DİLİYLƏ DANIŞIRLAR, XANIMLAR BƏ BƏYLƏR!!!

Hərdənbir bu şıdırğı oyuna bir ara verib Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoyun bəyanatdan bir gün keçməmiş Azərbaycan dövlətini təhdid etməsinə baxın:

"Qarabağda sülhməramlılarımızın başından bir tük əskik olarsa, Sakaaşvilinin yuxusunda görmədiyi hadisələr olacaq. O vaxt Tbilisini işğal etmədik, amma bu dəfə her şey daha acınacaqlı olacaq. Rusiya özünü və dostlarını qorumağı bacarır".
Bəli, tarix təkrar olunur.
1920-ci il 2020-ci ildə də təkrar olunmaqdadı!!!
Yenə də meydanda Azərbaycanın taleyi, yenə də qardaş Türkiyə və yenə də bütün tarix boyu qanımıza susayan Rusiya!!!
Və bir də soydaşlarımızın ifasında oxunan serenada: hərə üzünü bir ünvana tutub öz sevgisini izhar etmədədi....
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr