Süleymani aşiqləri, Zaxarovanın “podruqaları”… - MÜRACİƏT

Yazarlar 12-noy, 16:549 tv713 73 0
Süleymani aşiqləri, Zaxarovanın “podruqaları”… - MÜRACİƏT
Aida Eyvazlı

Komutanlarımızı, əsgərlərimizi şəhid kimi başımızın üstünə qaldırıb, sonra Ana torpağa əmanət edirik. Bu proseslərin içərisində öz profil şəkillərini Qasım Süleymaninin şəklinə dəyişənlər, saqqallı əxilər, Zaxarovanın "podruqaları" çox canbəsər görünürlər. Heç biri o ali məqama yüksələn şəhidlərimizin şəklini səhifəsində bəzəmir. İçərimizdəki “5-ci kolon”a meyilli, iranmeyilli, vəhabi- Ərəbistana meyilli olanlar qrup-qrup yığışıb ölkədə qarşıqlıq yaratmaq fikrindədirlər. Baş tutmayacaq. 44 günlük müharibədə heç nə edə bilmədinizsə, yalançı-feyk xəbərlərinizlə bizi sapındıra bilmədinizsə, bundan sonra da alınmayacaq. Gedin Qasım Süleymaninin ilini verməyə hazırlaşın. Sizin verəcəyiniz o xeyratı yeyənlər də bu xalqın düşmənidirlər. Qasım Süleymaninin dədələri Azərbaycan öz torpağını işğaldan azad edən kimi, sərhəddə qoşun yığdı, bəs bu 30 ildə niyə etmirdi? Süleymaninin erməni qardaşılarına daha çox inanırdı, eləmi? Ay binəvalar, bu Vətəndə yaşayıb, vətənimə xor baxanlar. Vətənin torpağında yaşadığınız haqq tutsun sizi?! Nə olub, nədən narahtsınız? İran mollalarının Azərbaycana axını azalacaq, ideologiyası yeriməyəcək?! Əlbəttə əvvəl-axır bir çözüm olmalıydı. İran mollabaşları nədən işğalda olan torpaqlarımızdakı məscidlərdə donuz saxlananda səslərini qaldırıb , etiraz etmirdilər?! Niyə bunun üçün səsinizi qaldırmırsınız ay Süleymani aşiqləri? Mənim şəhidlərimin məqamı mənim üçün Kərbəla şəhidlərindən daha ucadır! Onlar Ərəbistanda hakimiyyət davası edirdilər, mənim şəhidlərim isə Qarabağda tarixi torpaqlarında gedən döyüşlərdə şəhid oldular? Biz isə ermənilər və iranlılar kimi sinəmizi cırıb, ağlamırıq! Biz hayqırırıq! Çünki bizi Türk Bayrağı və Azərbaycan bayrağı birləşdirir. Bizim bayraqların altında yaşayan bütün xalqlar bəxtiyardırlar!!! Bizim İslamımız da, Hürriyyətimiz də, qanımız Tanrıya bağlıdır!


Və buradan üzümü dövlətimizin informasiya siyasətini aparanlara, DTX-ya tutub deyirəm! Vətənimin qeyrətli oğulları, rəsmiləri! Bir aydan çoxdur ki, Zaxarovanın rəfiqəsi Simonyanın işlətdiyi "Sputnik" media orqanının saytlarını izləyir və müqayisə aparıram. Simonyanın Azərbyacndan verdiyi xəbərlər çox qısa və heç nə ehtiva etmir. Bizim Ordumuzun zəfərləri və döyüşləri, taktiki gedişlərimiz barədə xəbərlər bəzən 1 saatdan bir yerləşdirirlirdi. Ancaq Ermənistanı əhatə edən kontingentin xəbərləri isə ara vermədən, israrla yayılırdı. Bu nə deməkdir? Bu necə fərqdir? Jurnalist tərəfsiz olmalıdır. İrandan, Rusiyadan və digər ölkələrdən bizə qarşı belə təxribatla işləyən, ruhumuzu sındırmağa çalışan saytların Azərbaycanda işləməsi bu qədər vacibdirmi? Məgər "Sputnik Azərbaycan" olmasa bizim xəbərlərimiz yayılmayacaq? Artıq Ali Baş Komandan İlham Əliyev özünün nüfuzu ilə dünyanın bütün xəbər saytlarına yolumuzu açıb. Çox xahiş edirəm ki, "Sputnik Azərbaycan"ın yayımı və işi Azərbaycanda dayndırılsın. Həmin saytın Vətənimizə sadiq əməkdaşları oradan aldıqları maaşın müqabilində iş yerlərilə təmin edilsin və ya işə düzələnə qədər, oradan aldıqları maaş kompensasiya kimi verilsin. Bu saytı gətirib Azərbaycanda yerləşdirənlərə, onun icazəsini alanlara isə ar olsun! Yağı düşmən dost olmaz. Simonyan kimi ifritə erməni qızı bizim zəfərlərimizə az-çox ürəkbulanması gətirir.


Mən Azərbaycan jurnalistikasının özünü media kapitanı sayan rəhbərlərini, həmkarlarımı da bu çağırışa qoşulmağa səsləyirəm. "Sputnuk Azərbaycan"ın yayımı dərhal dayandırılsın! Onun əəvəzinə dünyaya çıxacaq yeni bir sayt istifadəyə verək. Gələcəkdə təbəəmiz olan erməniləri də orada işlədək!
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr