Təcili: Daha 7 kənd Azərbaycanın nəzarətinə qayıdır - Video
Keçmiş Ağdərə rayonunun daha altı kəndi Azərbaycanın nəzarətinə qaytarılacaq.
Tv 713. az xəbər verir ki, bu məlumatı “Qarabağın Vahid İnformasiya Mərkəzi” yayıb.
Məlumata görə, bu kəndlər Yeni Marağa, Mollalar, Seysulan, Papravənd, Boyəhmədli, Əliağalıdır.
Kəndlərin Qarabağ bəyanatının şərtlərinə əsasən veriləcəyi bildirilib.
Bu kəndlərdən 5-i (Yeni Marağa, Mollalar, Papravənd, Boyəhmədli, Əliağalı) Ağdam rayonunun, 1-i isə Tərtərin (Seysulan) inzibati ərazisinə daxildir.
Xatırladaq ki, Azərbaycan Milli Məclisi Ağdərə inzibati rayonunu ləğv edib. Rayonun bəzi kəndləri Ağdama, bəziləri Tərtərə, bir hissəsi isə Kəlbəcərə verilib.
***
Son məlumata görə, Çiləbürt kəndi (Tərtər) də Azərbaycanın nəzarətinə qaytarılacaq.