Moskvada təyyarə tamamilə yandı, 41 ÖLÜ - VİDEO - FOTO
Rusiyanın "Şeremetyevo" hava limanında baş verən təyyarə yanğınında ölənlərin sayı 41-ə çatıb.
Beş.azTrend-ə istinadən xəbər verir ki, bunu İstintaq Komitəsinin nəqliyyat üzrə Moskva Regionlararası İdarəsinin nümayəndəsi Yelena Markovskaya bildirib.
Daha öncə 13 nəfərin həlak olduğu bildirilirdi.
Hazırda bütün xilasetmə işləri başa çatıb.
Qeyd edək ki, dünən Moskvanın "Şeremetyevo" hava limanında "Sukhoi Superjet 100" təyyarəsində yanğın baş verib. Son məlumatlara əsasən, hadisə nəticəsində 13 nəfər həlak olub.
Göyərtəsində 78 nəfər olan təyyarə Moskvadan Murmanska uçurdu. "Şeremetyevo" hava limanında qəza enişi etdikdən sonra isə "Sukhoi Superjet 100" alışıb.
Təyyarənin ekipajı bildirib ki, yanğın təyyarəni ildırım vurduğuna görə baş verib
Moskvanın Şeremetyevo hava limanında qəza enişi edən təyyarədə baş verən yanğın nəticəsində ölənlərdən ikisi uşaqdır.
Beş.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
Qeyd edək ki, dünən Moskvanın Şeremetyevo hava limanında "Sukhoi Superjet 100" təyyarəsində yanğın baş verib. Son məlumatlara əsasən, hadisə nəticəsində 13 nəfər həlak olub.
Göyərtəsində 78 nəfər olan təyyarə Moskvadan Murmanska uçurdu. Şeremetyevo hava limanında qəza enişi etdikdən sonra isə "Sukhoi Superjet 100" alışıb.
Təyyarənin ekipajı bildirib ki, yanğın təyyarəni ildırım vurduğuna görə baş verib.
Moskvada qəza enişi edən "Sukhoi Superjet 100" təyyarəsinin alışması nəticəsində ölənlərin sayı 13-ə çatıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində daha 6 nəfər yaralanıb. Sərnişinlərin bir hissəsinin taleyi məlum deyil.
Moskva - Murmansk reysi üzrə uçan sərnişin təyyarəsi göyərtədə baş verən yanğın səbəbindən Şeremetyevo hava limanına geri qayıdıb.
BEŞ.AZ bildirir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Moskva - Murmansk reysi üzrə uçan sərnişin təyyarəsi göyərtədə baş verən yanğın səbəbindən Şeremetyevo hava limanına geri qayıdıb.
BEŞ.AZ axar.az-a istinadən bildirir ki, enişdən sonra yanğın güclənib və təyyarə bütünlüklə alova bürünüb.
Olay zamanı xəsarət alanların olub-olmaması ilə bağlı məlumat verilmir.
Hadisənin səbəbləri araşdırılır.