Fransa XİN: “Qondarma DQR-i tanımırıq”
Fransa XİN ölkə senatının qondarma DQR-lə bağlı qalmaqallı qərarına münasibət bildirib.
Tv 713. az xəbər verir ki, bu barədə “RİA Novosti” Fransa XİN-ə istinadla məlumat yayıb.
“Senatdakı səsvermədən əvvəlki debatlarda turizm üzrə dövlət katibi Jan-Batist Lemuan Fransa hökumətinin bu məsələ barədə mövqeyini xatırladıb: Fransa qondarma DQR-i tanımır”, - deyə XİN-dən bildirilib.