İranlı alimin qətli və Netanyahunun söylədikləri
Israil Baş naziri Benyamin Netanyahu iranlı nüvə alimi Möhsün Fəxrizadənin ötən gün sui-qəsd nəticəsində öldürülməsi ilə bağlı şərh verməkdən imtina edib.
Tv 713. az xəbər verir ki, bu barədə Netanyahunun ofisindən "Röyters"ə bildirilib.
Qeyd edək ki, Netanyahu 2018-ci ildəki çıxışında Fəxrizadənin “Amad” adlı layihəyə başçılıq etdiyini bildirmiş və onun haqqında “Bu şəxsi əsla unutmayın!” cümləsini işlətmişdi.
M.Fəxrizadənin qətlinin arxasında İsrailin durduğu ehtimal edilir.