"O yerlərdə kimim qalıb?!" ŞƏHİD HARAYI

Şahidlər və Şəhidlər 30-noy, 17:129 tv713 292 0
"O yerlərdə kimim qalıb?!" ŞƏHİD HARAYI

İGİD TEYMURLU

(Yazı İkinci Qarabağ Savaşından əvvəl hazırlanıb)

Tanrının qismətiydi, ya da döyüş yoldaşlarının Əlövsətə bəxş etdikləri Tanrı Payı idi o məzar yeri... İtirilmiş yurd yerlərimiz uğrunda döyüşə atılanda Əlövsət də öz döyüş yoldaşları kimi bu yoldan dönməyəcəyinə and içmişdi. O da döyüş yoldaşları kimi

Nə gözəldir ölmək bizə sevgili Vətən üçün
Yanar ürək yurd eşqiylə daima için-için...

nərəsi ilə Laçının sal qayalarını titrətmiş, bu yerləri işğal edən erməni birləşmələrinə "qayıtdı bu yurdun sahibi!" mesajını vermişdi...

"O yerlərdə kimim qalıb?!" ŞƏHİD HARAYI

Əlövsət dediyini etdi də! Həm iştirak etdiyi hərbi əməliyyatlarla, həm də ölümsüzlüyə qovuşduğu Şəhidliyi ilə...
Laçının azadlığı uğrunda mübarizə aparırdı Əlövsət, sonucda Laçın torpağı Əlövsətin cansız cismi ölçüsündə böyüdü...



Taleyin acı ironiyasına bax ki, bu gün Əlövsət hələ də Vağazin kəndində bir mücadilə yapmadadır.
Qarabağ müharibəsi tarixində belə hallar az olub - torpağı azad edəsən, sonra özün də o TORPAQDA basdırılasan və nə qədər ağrıdıcı olsa belə, qəbrin də erməni əsirliyində qala!!!

"O yerlərdə kimim qalıb?!" ŞƏHİD HARAYI



Bəli, 701 saylı briqadanın tərkibində olan 713 saylı hərbi hissənin döyüşçüsü Sarıyev Əlövsət Həmid oğlunun taleyinə yazılıbmış belə kəşməkeşli ömür!!!


Əlövsət 07.07.1967-ci ildə Azərbaycan Respublikasının Laçın rayonunun Vağazin kəndində anadan olub. Şəhid qardaşımızın tərcümeyi-halından bəlli olur ki, Əlövsət 01.09.1974-cü ildə Laçın rayonunun Vağazin kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş və 1984-cü ildə həmin məktəbin 10 -cu sinfini bitirib. Məktəbi bitirəndən sonra Əlövsət bir il istehsalatda çalışıb.


"O yerlərdə kimim qalıb?!" ŞƏHİD HARAYI

İstər məktəbli dostları olsun, istərsə də istehsalatda işlədiyi iş yoldaşları onun haqqında hər zaman müsbət fikirdə olduqlarını bildirirlər - "Əlövsət çox mehriban, xoşxasiyyət, sakit təbiətli, dostluqda möhkəm, iradəli, vətənpərvər bir oğlan idi".


Onu da qeyd edək ki, Əlövsətin atası Sarıyev Həmid Müseyib oğlu və anası Sarıyeva Bacıxanım Məcid qızı 3 bacı və 3 qardaş olmaqla VƏTƏNƏ layiqli övlad olan 6 uşaq tərbiyə ediblər. Yaxınlarının bildirdiklərinə gör Əlövsət orta təhsilli olsa da, ancaq erməni qəsbkarlarının tarixən satqın, riyakar xislətlərinə çox gözəl bələd idi.

1985-ci ildə sovet ordu sıralarına hərbi xidmətə çağırılmış, 2 il müddətində sovetlər birliyinin Tombov vilayətində xidmət etmişdir. Azərbaycan torpaqları ermənilər tərəfindən işğal ediləndən sonra Əlövsət 1992-ci ilin may ayında könüllü olaraq yenidən hərbi xidmətə yollanmış, igid komandiri Vaqif Quliyev, əsgər yoldaşları Səməd Aydınoğlu, Ramiz Rəhimoğlu, Müzəffər Əfqanoğlu və digər yoldaşları ilə doğma yurd- yuvası olan Laçın rayonunun müdafiəsində, eyni zamanda Susuzdağ, Hoçazdağ, Ağdərə istiqamətində gedən qızğın döyüşlərdə iştirak etmişdir.

Təəssüflər olsun ki, belə qəhrəmanlarımızın keçdikləri döyüş yolu örnək olaraq sabahımıza SAHİB çıxacaq gəncliyə aşılanmır. Belələri hələ də anlamaq istəmirlər ki, Şəhidlərimizə, əlillərimizə, keçmiş döyüşçülərimizə olan münasibət və qayğı birbaşa dövlətçiliyimizə olan yanaşmanın görüntüsüdür...

Hoçaz dağında gedən qeyri-bərabər döyüşdə 06.10.1992-ci ildə qəhrəmancasına Şəhid olmuş və döyüş yoldaşları tərəfindən öz doğma yurdu olan Laçın rayonu, Vağazin kənd qəbiristanlığında dəfn edilən SARIYEV ƏLÖVSƏT HƏMİD OĞLUnun adı inanırıq ki, günün birində əbədiləşdiriləcəkdir. Bu addımı atacaq insanlar, bu addımı atan struktur bununla dövlətin öz vətəndaşına, dövlətin öz Şəhidinə necə sahib çıxma formatını ortaya qoymuş olacaq.
İnanırıq ki, Əlövsət qardaşımız Vətənə sahib çıxdığı kimi, aidiyyatı strukturlar da bununla bağlı gərəkən addımları atacaqlar...




Məkanın Cənnət olsun, Şəhid qardaşımız Əlövsət! Yetər ki, bu nigaranlığa son qoyulsun və Sən Şəhid qardaşımız Bizi qınaya-qınaya - "daha o yerlərdə kimim qalmayıb!" deməyəsən. Və yetər ki, bizlər də Şəhid Baxışlarının Diktəsincə düşünək, Şəhid Baxışlarının İstəyincə addım ataq...



Hələlik Sənin adının əbədiləşdirilməsi üçün aidiyyatı strukturlar qoy Bakı şəhəri Xətai rayonu 823 keçid Bakı Dənizçilik məktəbinin yataqxanası mənzil 109-a baş çəksinlər, biz isə inşəAllah çox yaxın bir zamanda Səninlə "dağlarda görüşərik - qisasçılar ORDUSU olaraq 4 bir tərəfimizdə i.ğal altında qalan torpaqlarımızı azad edib qiyaməti gözləməyəcəyik...
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr