Çavuşoğludan Pompeoya cavab: Erməniləri dəstəkləyib...
NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən telekonfransında ABŞ-ın dövlət katibi Mayk Pompeo bölgədəki vəziyyətlə bağlı müzakirələrdə Türkiyəyə qarşı ittihamlar səsləndirib.
Tv 713. az xəbər verir ki, Pompeo Ankaranı Aralıq dənizindəki müttəfiqləri ilə gərginliyi artırmaqda və Rusiyadan havadan müdafiə sistemi almaqda günahlandırıb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə Pompeonun iddiasına sərt reaksiya verib.
"Avropalı müttəfiqlərə zəng edib Türkiyə əleyhinə cəbhə yaradırsınız. Regional münaqişələrdə kor-koranə Yunanıstanın tərəfini tutursunuz və Türkiyəyə hava hücumundan müdafiə sistemlərini satmaqdan imtina edirsiniz. Üstəlik, Suriyadakı terrorist qruplaşmaları dəstəkləyirsiniz", - deyən Çavuşoğlu ölkəsinin Rusiyadan S-400 hava sistemlərini almasının səbəbini izah edib.
M.Çavuşoğlu bununla yanaşı Türkiyənin İŞİD-lə vuruşduğu bir məqamda ABŞ-ın Suriyadakı terror dəstələrini dəstəklədiyini, həmçinin ABŞ və Fransanın Dağlıq Qarabağda Ermənistana dəstək verərək münaqişəni daha da pisləşdirdiyini dilə gətirib.