Aminin qohumu onun səhhətindən danışdı
Zəng edib bildirdilər ki, Amin artıq əsirlikdən qaytarılıb. Hazırda Bakıda xəstəxanadadır.
Tv 713. az Report-a istinadla xəbər verir ki, bu sözləri Vətən müharibəsi zamanı Ermənistan hərbçilərinə əsir düşmüş və bu gün Azərbaycana qaytarılan hərbçimiz Amin Musayevin qohumu Çinarə Əliyevə bildirib.
“Amin hazırda Bakıda xəstəxanadadır. Vəziyyətinin yaxşı olduğunu dedilər”, - o qeyd edib.
Qeyd edək ki, bu gün daha bir neçə azərbaycanlı əsir Vətənə gətirilib.