37 illik həbsdən sonra günahsız olduğu üzə çıxdı
ABŞ-ın Florida ştatında təcavüz və qətl hadisəsinə görə 37 il həbs cəzasına məhkum edilmiş bir məhbusun DNT testi vasitəsilə günahsız olduğu sübut olunub.
Bu barədə Hillsboro əyalət vəkili Endryu Uorren ABŞ mətbuatına açıqlama verib. O bildirib ki, 1983-cü ildə 19 yaşındakı Barbara Qremsin təcavüz edilməsi və öldürülməsi səbəbiylə 37 il həbs cəzasına məhkum edilmiş Robert Dyubanın DNT analizləri nəticəsində günahsız olduğu sübut olunub.
Hadisəni ağır və faciəli qiymətləndirən Uorren, “Ancaq həqiqətdir budur və həqiqəti söylədiyiniz zaman ədalət təmin ediləcək”, - deyə qeyd edib.
1983-cü ildə etmədiyi cinayətə görə mühakimə olunan Robert Duboise əvvəlcə ölüm cəzasına məhkum edilmiş, lakin daha sonra hakim cəzanı ömürlük həbs cəzası ilə əvəzləmişdi.
tv713.az