MUSA QASIMLI VƏ YARDIMLIDAN GƏLƏN SEÇİCİ HARAYI

Manset 22-dek, 20:379 tv713 228 0
MUSA QASIMLI VƏ YARDIMLIDAN GƏLƏN  SEÇİCİ HARAYI


"HARADADIR BİZİM DEPUTAT!?"

Hörmətli Yardımlı camaatı!

Əvvəla, hər birinizi salamlayıram. 2020 -ci ilin axırına çıxırıq. Təki axıra çıxan biz olaq, bizim axırımıza çıxmasınlar.

Yaxşısıyla, pisiylə il bitir. Pandemiya ilə əlaqədər çox pis il oldu. Sonra da rayonumuzda Şəhidlərimiz oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılarımız tezliklə sağalsın inşallah.

Şəhidlərimizin dəfnində İcra başçısının hamısında əvvəldən axıra qədər iştirak etməsi çox alqışalayiq hadisədir. Havanın yağışlı-qarlı olmasından asılı olmayaraq bütün mərasimlərdə sona qədər qaldı, çox sağ olsun. Digər rayonlarda görürük ki, bu barədə narazılıqlar olur. Bu məsələyə görə İcra başcısına təşəkkür etmək lazımdır ki, xalqla birgə oldu əvvədən axıra qədər.

Amma problemlərimiz də var. Bu gün ancaq müsbətləri yazsaq, mənfilər artmağa davam edəcək. Rayonumuzun deputatını mən heç yerdə görmədim, halbuki deputat millətin vəkili deməkdir, millətin çətin gündə dayağı deməkdir. Mən özüm neçə Şəhidin dəfnində oldum, heç birində görmədim. Şəhid dəfnidə də Millət vəkili iştirak etməyəcək, xalqın yanında olmayacaq, nə vaxt olacaq bəs?

Əvvəldən yazmışdım koronavirusla bağlı çox pis il oldu, işsiz -gücsüz nə qədər insan var rayonumuzda. Mən öz kəndimdən, qonşu kəndlərimizdən nə qədər adam tanıyıram necə çətin günlər kecirlər. Niyə bir dəfə "Millət vəkil"imiz maraqlanmir vətəndaşla? Axı bildiyim qədər, bizim məntəqənin nəticəsi ləğv olanlar siyahısında yox idi.

Heç bir yerdə yazılmayıb axı "Millət vəkili" ancaq seçki qabağı kampaniyada vətədaşla görüşə bilər.
2015 ci ildən deputat seçilən biri niyə Astanlıya, Çanaxbulağa, Zevinə yanlız 2 dəfə gəlməlidir? O da ki, ancaq seçkidən 10 gün əvvəl?

Zevin kəndi 5 şəhid verib. 3 şəhid Zevində dəfn olundu. Hardaydı bizim deputat görmədik?

Bu gün parlament yenidən buraxılsa, yanvarın 15- nə seçki təyin olunsa, inanın ki, sabah deputat yenə gələcək. İnanın gələcək!

İndi şəhid dəfninə getməmək üçün pandemiyanı bəhanə edənlər, heç nəyə baxmayaraq, gələcək, guya xalqın yanında olduğunu göstərəcək....

Yazı bir az çox oldu, bağışlayın. Amma yerlilərdən xahiş edirəm, əsas da ziyalılarımızdan yaxşılàrı yazın, amma mənfi olanları da gözardı etməyin, xahış edirəm. Yuxarıda dediyim kimi, təki axıra çıxan biz olaq. Amma mənfiləri gizləsək, belələrinin səhvlərini deməsək, bizim axırımıza çıxacaqlar....

RUSLAN MİRZƏLİ
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr