GÖZ YAŞIYLA CİLALANAN VƏTƏN HİMNİYLƏ SİYASİ PARTİYA MƏNSUBLARI VƏ RƏHBƏRLƏRİNƏ MÜRACİƏT

Manset 26-dek, 00:289 tv713 601 0
GÖZ YAŞIYLA CİLALANAN VƏTƏN HİMNİYLƏ SİYASİ PARTİYA MƏNSUBLARI VƏ RƏHBƏRLƏRİNƏ MÜRACİƏT
İGİD TEYMURLU


Çox hörmətli ƏLİ ƏHMƏDOV VƏ PƏNAH HÜSEYN, SABİR RÜSTƏMXANLI VƏ İQBAL AĞAZADƏ, FAZİL QƏZƏNFƏROĞLU VƏ SƏRDAR CƏLALOĞLU, ELŞƏN MUSTAFAYEV VƏ ƏLİ ƏLİYEV, FƏZAİL AĞAMALI VƏ HAFİZ HACIYEV, QÜDRƏT HƏSƏNQULİYEV VƏ FUAD ƏLİYEV, TAHİR KƏRİMLİ VƏ ARİF HACILI, ASİM MOLLAZDƏ VƏ ƏLİ KƏRİMLİ İLƏ BİRLİKDƏ ADLARI HALLANMAYAN İDDİALI SİYASİ PARTİYA RƏHBƏRLƏRİNƏ...



[b]Sizin elektoratınız mən və mənim kimi xalqın nümayəndələridir. Siz mənim dərdimdən, Siz mənim problemimdən yuxarı instansiyalara məlumat verməli, onları bilgiləndirməlisiniz. Siz mənim dərdim, Siz mənim problemim üzərində siyasi şou düzənləməklə hansısa baryeri aşmaq yox, bu dərdin, bu problemin çözülməsini həll etməli, yaxud aramalı, dövlətin aidiyyatı instansiyaları qarşısında tələblər irəli sürməli, fərsiz məmurların, vecsiz deputatların, yarıtmaz nazirlərin, şəhadət barmağının əsirinə çevrilən qanunverici orqanla icra aparatlarının demək olar ki, fəaliyyətsizlikləri qarşılığında hökumətə öz alternativ variantınızı təqdim edib onun yerinə yetirilməsini var səsinizlə hayqırmalısınız! Ki, mən və mənim kimilər də Sizlərə dayaq duraq!

Qazandığımız Zəfər xalqla siyasi qüvvələrin, ictimai institutların, qətiyyətli Ali Baş Komandanla rəşadətli ordumuzun sayəsində baş tutdu. Bütün problemləri bu birlik sayəsində aşa bilərik və açacağıq da inşəAllah. Bunu nəzərə alıb Sizlərə "məndən başlanan Vətən"in içini saran problemdən danışdığıma görə məni qınamayın. Çünki Böyük Çingiz Xaqanımız söyləmiş ki, Əsgəri QƏLƏBƏYƏ APARAN YOL onun mədəsindən keçir. Bu, bir sağlam mənəviyyat, sağlam Ruh mədəsidir ki, Xaqanımız ol zadı nəzərdə tutub....

Biz də ol sağlam bədənə, ol sağlam Ruha sahib çıxmalıyıq. AMMA...

Mən AUTİZM SİNDROMLU UŞAQLARIN REABİLİTASİYA PROSESLƏRİNƏ ƏN AZI 1500 MANATIN GƏRƏK OLDUĞUNU bildirib, bu çətin işin həllinə Dövlət Babanın qol qoymasını istəyirəm. Ki, maddi sıxıntılar içərisində inləyən bu tip ailələrin yükü az olsun, sayları getdikcə azalsın. İllərlə çəkdiyimiz əziyyətlərin, illərlə qarşılaşdığımız biganəliyin fonunda bilirəm: bəlkə də bu ifadələr sizlərə sıradan söz düzülüşü effekti verir. Sizlərin bu zamana qədərki davranışınız da bunu deməyə əsas verir. Ancaq övladı autist olan üçün ciyərparasının halı valideyin qəlbinə vurulan yaradır, göz dağıdır. Övlad Tanrı payı olduğu üçün O AİLƏLƏR bütün məhrumiyyətlərə dözüb, çarəsizlikdən, imkansızlıqdan, diqqətsizlikdən əlləri çatan göz yaşlarını belə gilələyib Allahın Özünə doğru atmaq istəyirlər. Ancaq bunu Sizlər də bilirsiniz ki, "göy üzü daş saxlamaz". Qarğış demirəm, reallıqsa budur ki, bax o göz yaşlarından gilələnib cilalanaraq Allaha doğru atılan Daşlar elə Uca Yaradanın Ədalətiylə bizi bu günlərə salanların başına tuş gələcək. İfadəmə görə üzr istəyirəm, çətin ki, Sizlər bunu əsil reallığıyla dərk edəsiniz. Göründüyü kimi deyəsən Azərbaycanda ancaq bu halı çəkənlər bilir. Məsələyə münasibətdə sərgilənən qayğısızlıq da bunu deyir. Bir şeyi də yüzə yüz bilin. Belə laqeydlik, belə soyuqluq davam edəcəksə, autizm sindromu hər evin qapısını döyəcək. Və bu, bizim qarşılaşacağımız ən böyük fəlakətlərdən olacaq. Tanrı Bizi, Azərbaycanımızı bu fəlakətdən qorusun! Autizm sindromunun nə boyda bir sosoioloji fəlakət olduğu əməllərinizə rəğmən deyəsən sizin heç umurunuzda da deyil. Umurunuzda olubsa, mənə bircə toplantınızın məhz autizm sindromuna həsr olunmasıyla bağlı faktı göstərin. O autizm ki, yayılmasına görə Azərbaycan dünyada üçüncü yerdə dayanır! O autizm sindromu ki, Azərbaycanda hər doğulan yeddi uşaqdan biri autizm sindromlu doğulur! Qanunverici orqanın bununla bağlı bağlı qəbul etdiyi qərarları, icraedicilərin bununla bağlı yanaşma tərzlərini incələyin, onlara baxanda adama elə gəlir ki, bu məmləkətin bu başından o başının xəbəri yox! Milli Məclis səviyyəsində qəbul edilən qanunlar, Nazirlər Kabineti səviyyəsində verilən təqdimatlar, səhiyyəmizin müalicəsi, təhsilimizin bu uşaqlara yanaşması tamam fərqli prizmadan üzə çıxır. Mütəxəssis olmayanlar bu işə fərman verir. Aidiyyatı strukturların bu problemin həllində koordinativ fəaliyyəti yoxdur. Sizsə elə hey ya dövlət başçısı İlham Əliyevi tərifləmək, ya da dediyinizin əksini söyləyirsiniz. Eynilə onlar da sizin əleyhinizə eləcə davranmaqla məşğuldurlar. Harayıma səs verirsənmi, ay HAKİM PARTİYA İLƏ PARLAMENTDƏKİ MÜXALİFƏT PARTİYASI? Harayıma səs verirsənmi, ay HAKİMİYYƏTƏ GƏLMƏK İSTƏYƏN MÜXALİFƏT PARTİYASI? YOX...YOX....YOX...

Ən azından autizm sindromlu uşaqların reabilitasiyaları ilə məşğul olan mərkəzlərdə dərs deyən müəllimlərə mənim kimilərin də əməyindən tutulan vergi hesabına formalaşan büdcədən əmək haqqı ayrılmasını istəyirəm. Ki, qoy o mərkəzlərə ödənilən məbləğ 1200- 1500 arası olmasın. Ki, bizlər də sizlər kimi övladlarımızı Sizin yox, Allahın verdiyi naz nemətlə böyüdə bilək, qarnımızdan, əynimizdən, yeməyimizdən, içməyimizdən, gəzməyimizdən, qohumlara yoluxmaqdan, toya, bayrama qatılmaqdan, sizlər kimi gözəl istirahətlərdən üzü qara əziyyət çəkməyək, o mərkəzin müəllimləri də, rəhbərləri də. Onlara pulsuz olaraq formallıqdan tamam uzaq olan ayrıca mərkəz ayrılsın, bu mərkəzlərin kommunal xərclərinin ödənilməsinə şirkətlər cəlb edilsin. Ermənilər bizdən əfzəldirmi sizlərə!? Bu problemlə bağlı bir para insanların çox öydükləri humanist məlaikələrdən olan Qənirə xanım, Məlahət xanım kimi belə demək mümkünsə, koordinatorların bu konuda gördükləri işlər gözdən pərdə asmağa xidmət etməsin. Bu işə toplum halında biznes marağı kimi baxılmasın. Statistika Komitəsi ardıcıl olaraq və dəqiq ünvanlarla bu uşaqların uçotunu aparsın. Bu uşaqların gələcəklərilə bağlı heç düşündünüzmü? Hanı bununla bağlı dövlət proqramı, sizlərin alternativ variantlarınız? Harayıma səs verirsənmi, ay HAKİM PARTİYA VƏ PARLAMENTDƏKİ MÜXALİFƏT PARTİYASI? Harayıma səs verirsənmi, ay HAKİMİYYƏTƏ GƏLMƏK İSTƏYƏN MÜXALİFƏT PARTİYASI? YOX...YOX....YOX...

Mən leksikonumuza sırıdığınız "Birinci Qarabağ Müharibəsi" döyüşçülərinin tapdalanan haqlarından haray çəkib bu işə birbaşa Dövlət Babanın qol qoymasını istəyirəm. Harayıma səs verirsənmi, ay HAKİM PARTİYA VƏ PARLAMENTDƏKİ MÜXALİFƏT PARTİYASI? Harayıma səs verirsənmi, ay HAKİMİYYƏTƏ GƏLMƏK İSTƏYƏN MÜXALİFƏT PARTİYASI? YOX...YOX....YOX...

Mən qəsəbələrin, kəndlərin camaatının icra hakimiyyətləri, ayrı-ayrı dövlət strukturları (qaz, işıq, su, rabitə, mənzil-kommunal xidmətləri, bələdiyyələr) tərəfindən sosial məngənədə sıxılmasından haray çəkirəm! Harayıma səs verirsənmi, ay HAKİM PARTİYA VƏ PARLAMENTDƏKİ MÜXALİFƏT PARTİYASI? Harayıma səs verirsənmi, ay HAKİMİYYƏTƏ GƏLMƏK İSTƏYƏN MÜXALİFƏT PARTİYASI? YOX...YOX....YOX...

Bu, hələlikdir. Mən ümid yeri kimi üz tutduğum Sizləri xalqın səsini eşitməyiblər statusunda tanımaq istəmirəm!

Mən üz tutduğum Sizləri əməl sahibi kimi görmək istəyir, sizlərin operativliyiniz, sizlərin də bizim kimi Vətən Sevginizlə Çiçəklənən Azərbaycanın vətəndaşı olmaq istəyirəm! Mən bu Vətənin Daşını qoynumda bəsləyirəm ki, 44 günlük müharibədə olduğu kimi gərəkəndə o DAŞIMla, O TORPAĞIMla düşməni linç edim. Mən vətəndaşına sahib çıxan dövlət görmək istəyirəm. Ki, Vətənimə sahib çıxarkən ölərsəm Vətən sağ olsun kəlməsi geridə qalanlarımının Vətən Himninə çevrilsin!

"Vətən "mən"dən başlanır" sa və başlanır da, mən də Sizlərə bizlərdən ibarət elektoratınızın Vətən himninin bir bəndini yazdım. Münasibətiniz də Sizin Portretinizi bizlərə çatdıracaq.

Hər birinizə sayğılarla....

Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr