Fransadan Rusiyaya qarşı tələb: iki ölkə qoşuldu
Fransa və Çexiynın xarici işlər nazirləri Avropa İttifaqı ölkələrinin XİN rəhbərlərinin iclasında rusiyalı siyasətçi Aleksey Navalnının həbsindən dolayı rəsmi Moskvaya sanksiya tətbiq edilməsinin tərəfdarı olduqlarını bildiriblər.
Tv 713. az xəbər verir ki, Fransa XİN rəhbəri Jan İv Lö Drian Navalının həbsini olduqca pis siqnal adlandırıb.
Drian Rusiyadakı nümayişlərin uğurundan təsirləndiyini bildirib:
“Rusiyaya qarşı sanksiyaları həqiqətən də effektiv etməliyik”.
Çexiyalı nazir Tomaş Petrşiçek də iclasda Navalnının həbsi ilə əlaqəli şəxslərə sanksiya tətbiq edilməsinin lehinə olduğunu söyləyib.
Bundan əlavə, Polşa Prezidenti Andjey Duda da Rusiyaya sanksiyaları gücləndirməyi və “Qazprom”un fəaliyyətini məhdudlaşdırmağın tərəfdarı olduğunu bildirib. O, Krım məsələsi nəzərə alındıqda Moskvaya sanksiyaların gücləndirilməsinin tamamilə əsaslı olduğunu deyib.