Xankəndi bu tarixdə azad ediləcək - Video
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması Qarabağda situasiyanı dəyişdirir.
Tv 713. az xəbər verir ki, bununla bağlı siyasi şərhçi Asif Nərimanlı “Bizdən sizə” kanalında maraqlı şərhlə çıxış edib.
O bildirib ki, Monitorinq Mərkəzi Rusiya sülhməramlılarının Qarabağda funksiyasına zidd addımları məhdudlaşdıracaq, Bakının 10 noyabr razılaşmasının şərtlərinin yerinə yetirilməsi ilə bağlı tələblərini sərtləşdirəcək. Ən əsası da erməni silahlılarının (Azərbaycan onları terrorçu elan edib - red.) bölgədən çıxarılması aktuallaşacaq.
Silahlı ermənilərin çıxarılması prosesinin yaz aylarında (mart-aprel) gerçəkləşəcıyi gözlənilir. Çünki Bakı sülhməramlıların funksiyasını yerinə yetirməməsinə qış aylarına görə göz yumduğu mesajını vermişdi: bu o demək idi ki, qışdan sonra səssiz qalmayacaq.
Daha ətraflı video-şərhdə: