"Nicatımız VƏTƏNDAŞ HƏMRƏYLİYİNDƏDİR!"
İGİD TEYMURLU
SABİR RÜSTƏMXANLININ QƏLƏBƏ ANONSU
Məndən asılı olmayan səbəblər ucbatından VƏTƏNDAŞ HƏMRƏYLİYİ PARTİYASININ 30 İLLİK YUBİLEYİNƏ HƏSR EDİLƏN TƏDBİRƏ qatıla bilmədim!!!
İtirən mən oldum!!!
Ən azından bizə imtahan üçün verilmiş həyatımın bir gününü zamanın dolanbac və qaranlıq, keşməkeşli günlərindən hər daim mərdanə çıxan, üstündən 30 il keçsə də bütün dediklərinin üstündən bu gün də imza atmağa hazır olan dəyərli VHP-çilərlə o xoş anı bölüşə bilmədim!
AMMA ÜZÜLMƏDİM. ÜZÜLMƏDİM ona görə ki, hələ çoxları meydanda vurnuxanda VHP Sabir bəy Rüstəmxanlının öndərliyilə vətəndaş həmrəyliyi ideyasına sığındı, "nicatımız vətəndaş HƏMRƏYLİYİndədir!" - söylədi. Rusun, farsın, erməninin, bizə gerçəyi deyil, məhz görmək istədikləri demokratiyanı sırımağa çalışan qərblilərin timsalında Azərbaycanın ətrafında hürüşən Küçə İtlərini yerində oturdan sonucda vətəndaş həmrəyliyimiz oldu. Bu, məhz Sabir bəyin son 30 illik həyatımızı hələ 1992-ci ildə analiz edib verdiyi qərarın qələbəsi idi. Bu, Sabir Rüstəmxanlının hər yandan yıxılan, hər yandan boğulan, hər yandan təklənən xalqa ayaqda durmaq üçün bəyan etdiyi, müjdələdiyi QƏLƏBƏ ANONSU idi. Üstündən 30 il keçəndən sonra 44 günlük müharibədə Sabir bəyin müjdələdiyi o xoş xəbərin canlı Şahidləri olduq!!!
Əsl siyasətçiyə yaraşan da elə budur. Amma dərd orasındadır ki, nəinki baş verə biləcək kritik situasiyaları analiz etmək, hətta yaşadığı dövrün siyasi müstəvisində hörülən hörümçək toruna sevə-sevə kəllə vuran, orada vurnuxan uşaqlar özlərini siyasi labirintləri dəmir məntiqlə yarıb keçənləri bəyənmir, əllərində olan mətbu imkanlardan istifadə etməklə onlardan xeyli öndə gedənləri cəmiyyətin gözündə aşağılmağa çalışırlar....
VƏ..VƏ İSTƏR İQTİDAR, İSTƏR MÜXALİFƏT DÜŞƏRGƏSİNDƏ OLAN BU SİYASƏT DƏLLALARI BİR ŞEYİ UNUDURLAR: BU GÜN HƏMİN UŞAQLARIN HƏDƏF GÖTÜRDÜKLƏRİ SABİR RÜDTƏMXANLI HAQQINDA BƏLKƏ DƏ ƏN GÖZƏL SÖZLƏRİ MƏHZ ONLARIN ÖZ İDEYA BABALARI SÖYLƏYİBLƏR. BU MƏNADA KİMSƏ RÜSTƏMXANLI HAQQINDA YANLIŞ, TƏHQİRAMİZ FİKİR SƏSLƏNDİRİRSƏ, DEMƏK Kİ, ÖZ İDEYA BABASINI, BƏLİ, BƏLİ, MƏHZ HƏM DƏ ÖZ BABASINI SÖYMÜŞ OLUR....
SINDIRDIĞINIZ GÜZGÜNÜN QIRINTILARINDA ÖZÜNÜZÜ TANIYIRSINIZMI, ƏFƏNDİLƏR?...
Sabir bəy Rüstəmxanlının , eləcə də VHP-nin keçdiyi yol bütövlükdə cəmiyyətimiz üçün dövləti və milləti sevmək kontekstində bir örnəkdir. Nə yazıq ki, yaşadığımız dönəmin ideologiya maşınının yaratdığı toz duman belə həqiqətin geniş spektrdə görünməsinə bu və ya digər şəkildə əngəl olub. SABİR RÜSTƏMXANLI ÖZÜ FƏRD OLARAQ TİKANLI MƏFTİLLƏRI ÇOXDAN QIRIB KEÇİB, NƏİNKİ ZAMANDA AT OYNADANLARI, HƏTTA ZAMANIN ÖZÜNÜ BELƏ ADLAYIB. VAY BU CƏMİYYƏTİN HALINA Kİ, RÜSTƏMXANLI POTENSİALINDAN YETƏRİNCƏ YARARLANA BİLMƏYİB, QƏFLƏT YUXUSUNDADIR VƏ İÇİNDƏ BOĞULDUĞU ZAMANI BELƏCƏ FÖVTƏ VERMƏDƏDİR...
Elə Sabir bəy də başda olmaqla bizim bir qrup SEÇİLMİŞLƏRİMİZ var ki, ONLAR millətimiz üçün artıq bir etalona çevriliblər. Bu kəslər Dövlət BABA üçün kurallara yön verən AĞSAÇLI, millətə yol göstərən Ağsaqqaldılar. Biz dövlət, millət olaraq olaraq AĞSAÇLIlarımızın və AĞSAQQALlarımızın nəsihətlərilə yola yürüsək ƏBƏDİ SEVDAMIZ OLAN BÜTÖV AZƏRBAYCANIMIZA, TURANA QOVUŞACAĞIQ. Yox meydanı ingilis ləhcəsində cəh-cəh vuran ANA DİLİMİZƏ XOR BAXANLARA buraxsaq, onda sabahımız da sual altında olacaq və millət olaraq yaşasaq da, dərdimiz elə sual işarəsi formasında olacaq. ELİMİZ, OBAMIZ AĞSAÇLILARI, AĞSAQQALLARI, AĞBİRÇƏKLƏRİLƏ VAR OLSUN!...
VHP-nin 30 illik yubileyi də VAROLUŞUMUZUN, BİRLİYİMİZİN, BÜTÖVLÜYÜMÜZÜN görüntüsü idi. Həmrəyliyimizin uğrunda çarpışan DİFAİ FƏDAİLƏRİMİZin kimisi tədbirdə, kimisi də səngərdə idi. Hər iki cəbhəni birləşdirən VƏTƏNDAŞ HƏMRƏYLİYİ adlı nicat yolumuzun yönü BÜTÖV AZƏRBAYCANA, TURANA doğrudur. Ümid edirəm ki, VHP-nin növbəti yubileyi Bütöv Azərbaycan səviyyəsində keçiriləcək və hamılıqla BİZ BİZİM yanımızda olacaq, Dövlət BABA belə müqəddəs tədbirlərin düzənlənməsində nəinki sıradan bir iştirakçı, əsas təşkilatçı olaraq "ƏBƏDİ SEVDAMIZ"ı yaşadacaq....