Birgə Monitorinq Mərkəzinə görə MÜBAHİSƏ

Aktual 03-fev, 13:509 tv713 67 0
 Birgə Monitorinq Mərkəzinə görə MÜBAHİSƏ



Yanvarın 30-da Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin açılışı oldu. Mərkəz Ağdamın Mərzili kəndi yaxınlığında, sülhməramlıların mövqelərindən 8, Xankəndidən isə 30 kilometr uzaqlıqda yerləşir.

Tv 713.az Rusiya KİV-nə istinadla xəbər verir ki, Moskva ilə Ankara Birgə Monitorinq Mərkəzinin yerləşəcəyi ərazi ilə bağlı ilk gündən fikir ayrılığında olublar. Belə ki, Rusiya Mərkəzin Gəncə, yaxud Bərdədə, Türkiyə isə Dağlıq Qarabağ ərazisində yerləşdirilməsini istəyib. Sonda tərəflər kompromis əldə edərək, Ağdam rayonunda açılışla bağlı razılıq əldə ediblər.

Rusiyalı hərbi ekspertlər Türkiyə hərbçilərinin Monitorinq Mərkəzində yerləşdirilməsini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ziyanına işləyən faktor kimi dəyərləndiriblər. Onların fikrincə, Türkiyə bundan sonra nəinki Qarabağda, həm də Ermənistan ərazisində baş verən prosesləri izləyə biləcək.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr