FİRONCASINA ALLAHLAŞANLARIN AZƏRBAYCANI VƏ XƏRCLƏDİYİM GƏNCLİK

Yazarlar 04-fev, 21:429 tv713 194 0
FİRONCASINA ALLAHLAŞANLARIN AZƏRBAYCANI VƏ  XƏRCLƏDİYİM GƏNCLİK
İGİD TEYMURLU


BAQQALI DAŞDAN, SİÇANI BAQQALDAN OĞURLAYAN MƏMLƏKƏT



Həəə, mən də bir zamanlar GƏNC idim. Ancaq zaman mənim gəncliyimi elə xərclədi ki, bunun nəyə və niyə getdiyini hələ də anlamıram. Çünki ortalıqda bir xəyal qırıqlığı var...

Çünki xərclədiyim gənclik mənə DÖYÜŞƏRƏK DÜŞMƏNDƏN GERİ ALDIĞIM TORPAĞIN XƏYALINI, SONRADAN YENƏ DƏ SİYASƏTİN QURBANI OLARAQ DÜŞMƏN TAPDAĞI ALTINDA QALAN O YURD YERLƏRİNİN HARAYINI, İTİRDİYİMİZ TORPAQLAR ÜSTÜNDƏ NANKORLUĞUMUZA, UNUTQANLIĞIMIZA, BİGANƏLİYİMİZƏ DƏHŞƏTLƏ BAXAN, QIY VURAN NİGARAN RUHLARIN, KƏSİK QOLLARIN, KƏSİK QIÇLARIN nifrətini bəxş etmişdi...

Çünki xərclədiyim gənclik mənə bu Vətənin uğrunda can qoyanların bütün instansiyalar çərçivəsində haqqının tanınmamasını, haqqının tapdalanmasını bəxş etmişdi....

Çünki xərclədiyim gənclik mənə uğrunda can qoyduğum sevgili məmləkətimdə yurdsuz, yuvasız qərib kimsələr kimi ömür sürməyi bəxş etmişdi....

Çünki xərclədiyim gənclik mənə düşmənə atdığım gülləyə görə Dövlətin Baba nəvazişini deyil, əksinə sanki o addımın ağrısını, acısını yaşamağı bəxş etmişdi, sanki məndən erməniyə güllə atdığıma görə qisas almağa çalışır....

Çünki xərclədiyim gənclik mənə qəfəsdə sızlayan bülbülün ahını, bayquşlara verilən meydanın iyrəncliyini bəxş etmişdi. Yurd uğrunda döyüşənlərin haqq səsi eşidilmir, döyüş görməyənlərdən qəhrəman obrazı formalaşdırılır.

Çünki xərclədiyim gənclik mənə əsirlikdə ikən tövlənin küncünü özü üçün xoşbəxtlik hücrəsi sanan Qiyamət nənənin qəzəb dolu baxışlarını bəxş etmişdi....

Çünki xərclədiyim gənclik mənə Xudayar bəylərin zoğal ağaclarının zərbini, zavallı Zeynəblərin əllərinin içi kimi cadar-cadar olan ürəklərinin kədər dolu, həsrət dolu pıçıltısını bəxş etmişdi...

Çünki xərclədiyim gənclik mənə BAQQALI DAŞDAN, SİÇANI BAQQALDAN OĞURLAYAN MƏMLƏKƏT bəxş etmişdi....

Çünki xərclədiyim gənclik mənə FİRONCASINA ALLAHLAŞANLARIN AUTİST MƏMLƏKƏTİNİ VƏ BU MƏMLƏKƏTDƏ AUTİST ALLAHLARIN SAY ÇOXLUĞUNU bəxş etmişdii. ..

Çünki xərclədiyim gənclik mənə BOŞ ƏLİMİN QARŞILIĞINDA DƏYİRMAN ÇAX-ÇAXINDA KİSƏLƏRLƏ DOLU UN EŞQİYLƏ ÜRƏK DÖYÜNTÜSÜ, ÜRƏK ÇIRPINTISInı bəxş etmişdi...

Çünki xərclədiyim gənclik mənə özümün, yaxınlarımın, dostlarımın, səngər yoldaşlarımın problemləri fonunda onların qarşısında boyun burub dayanmaq, çarəsizlikdən göz yaşlarımı belə bir daşa çevirib Allahın Özünə doğru atmaq, ac və xəstə övlad başını qazanda yalxı su qaynatmaqla aldatmağı bəxş etmişdi....

Çünk xərclədiyim gənclik mənə maddiyyata söykənən imkansızlıq ucbatından CİYƏRPARALarımızın gözümüzün qənşərindəcə əriməsini, muma dönməsini bivec ata olaraq seyr etməni bəxş etmişdi...

Və...Və bütün bunları mən haqq etməmişdim, ey Allahsızlar Ordusu!

Və bunu Sizlər mənə yaşatdınız, ey Yerdəki Allahlar!

Sizlər bu məmləkəti dilənçi ordenlilər, diletantlar, məddahlar, yaltaqlar yurduna çevirmək istədiniz və çevirdiniz də!....

Millətin haqqını tapdalayan, milləti adam yerinə qoymayan iribuynuzlu məmurlarrınızla, keçmiş döyüşçülərə süni problemlər yaratmaqla sosial narazılıq formalaşdırmağa çalışan hərbi sferanın "qəlsəmələri" arasında özünə yer edən infuzorlarınızla, milləti çapıb talayan, millətin qanına yerikləyən banklarınızla, milləti bir loxma çörəyə möhtac edib qullara zülm edən quldarlarınızla, dövlət idarə və təşkilatlarını dədəsinin mülkü hesab edən, işçilərin haqqına tüpürən harınlamış idarə rəhbərlərinizlə, icra başçılarınızla, Vətən Sevgisini içimizdə öldürən bizdən olmayanlarınızla...

Mən gəncliyimi namərd körpüsündən keçmədən, tülkü kölgəsində yatmadan gücüm çatan qədərində Vətənin VAROLUŞU üçün xərclədim, qazandığım da Vətən oldu, sizlərsə bu Vətənin qoynunda infuzor həyatınızı yaşadınız...

Mən xəyallarımda qurduğum Azərbaycanda yaşadım, ancaq Azərbaycan gerçəkliyi məni xəyal qırıqlığında öldürdü. Ol səbəbdən xərclənən gəncliyimin niyə və nəyə getdiyini anlamadım...
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr