Prezidentə yeni media layihəsi təqdim edildi

Aktual 09-fev, 14:339 tv713 51 0

Prezidentə yeni media layihəsi təqdim edildi


"Biz “media lantşaft”ı layihəsini hazırlamışıq. Təbii ki, onu cəmiyyətə bütöv çıxarmamışıq, yalnız dövlət rəhbərliyinə təqdim etmişik".

Tv 713. az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbəri Zahid Oruc bildirib. Deputat media sahəsindəki mövcud problemlərə də toxunub:

"Reklam bazarının zəif olması, kadr korpusunun başqa sahələrə keçməsi, ixtisaslaşmanın aparılmaması və digər problemlər hamını narahat edir. 2021-ci ilin iş planında KİV-lərə əsas yer ayırmışıq".

Zahid Oruc mətbuatı zəif olan ölkənin özünü güclü saya bilmədiyini də qeyd edib:

"Vətən müharibəsində gördük ki, Ali Baş Komandan informasiya savaşını 3 dildə əsas beynəlxalq audotoriyalarda və platformalarda şəxsən özü apardı. Dövlət başçımızın dünyanın fərqli teleradio kanallarına verdiyi ardıcıl, məqsədyönlü, sistemli müsahibələrilə informasiya savaşını qazana bildik. Keçmişdə bizdə tez-tez “media kapitanları” sözü işlədilirdi. O vaxt deyirdim ki, bizə informasiya müharibəsini aparmaq üçün siyasət, media generalları lazımdır. Müharibənin gedişində Tədqiqat Mərkəzi kimi hərbi reportyorlarımızın canlı döyüş səhnələrini çıxarıb dünyaya yaymasını, fotoqrafların və jurnalistlərin, salnaməçilərin öndə olmasını təklif edirdik. Gerçək vəziyəti bildiyimiz halda bəs nə etməliydik? Nə yaxşı, müstəqil qələm adamlarımız o boşluğu doldurdular. Ona görə də təklif edirik ki, medianın yeni simalarını yetişdirmək üçün ardıcıl proqramlar, təlimlər, təcrübə mübadilələri həyata keçirilsin. Onda 1990-cı illər mətbuatının qaynar mühitinə dönüləcək, kiminsə diqtəsi ilə işləmək arxa plana keçəcək, peşəkar maraqlar önə çıxacaq. Məmurlar isə “yalnız arzuladığımı oxuyum” deməyəcəklər".
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar