“Putinin ordusu” çalxalanır: 9 general istefaya getdi

Manset 16-fev, 00:379 tv713 25 0
“Putinin ordusu” çalxalanır: 9 general istefaya getdi


Rusiya Milli Qvardiyasını son zamanlar onlarla hərbçi tərk edib.

Tv 713.az xəbər verir ki, bu məlumatı “Kommersant” qəzeti yayıb. Məlumata görə, Milli Qvardiyanı tərk edənlərin əksəriyyəti qvardiyanın sabiq rəis müavini general-leytenant Sergey Mileykoya yaxın şəxslərdir.

Qəzet hazırda həbsdə olan Mileykonun cinayət işi ilə bağlı təhqiqatı İstintaq Komitəsinin tez bir zamanda bitirməyə çalışdığını yazıb. Səbəb isə mayın 10-da Mileykonun cinayət məsuliyyətinə cəlb edilməsi müddətinin başa çatmasıdır.

Mileykonun kariyerasının daha çox Milli Qvardiya rəhbərinin keçmiş birinci müavini, Dağıstanın hazırkı rəhbəri Sergey Məlikovla bağlı olduğu bildirilir. Məlikov Milli Qvardiyada son illər kadr siyasətini müəyyənləşdirən əsas şəxs olub. Bunun sayəsində Məlikov əsas rəhbər vəzifələrə onunla Şimali Qafqazda çalışanları gətirə bilib.

Məhz Məlikovla yaxınlığına görə son 1,5 ay ərzində Qvardiyanı 9 general tərk edib. Onlardan bəziləri təqaüd, bir qismi isə Qvardiyada aparılan yenidən təşkilatlanma adı altında istefaya göndəriliblər. İstefaya göndərilənlərin bundan sonra da Məlikovla çalışacağı gözlənilir. Bu siyahıda yer alan generallardan Sergey Çençikin Dağıstanda Məlikova hərbi məsələlər üzrə müavin gətirilməsinə cəhd olunsa da, Kreml buna izn verməyib. Lakin Məlikov general-mayor Boris Qonçovu Xəzər donanmasının mənzil qərargahının yerləşdiyi Dağıstanın ikinci böyük şəhəri Kaspiyskin rəhbəri edə bilib.

Qeyd edək ki, Milli Qvardiya 2016-cı ildə yaradılıb. Bəzi mətbuat orqanları bu hərbi birliyin şəxsən Putin hakimiyyətinin qorunması üçün yaradıldığını iddia edir.

Əslən ləzgi olan Məlikov 2020-ci ilin oktyabrında Dağıstana rəhbər təyin edilib. Onun Milli Qvardiyadan çıxarılmasından az sonra isə Məlikovun kadrı sayılan Mileyko mənimsəmə faktı ilə həbs edilib.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr