İcra başçısından oğluna toy etməsi ilə bağlı xəbərə reaksiya
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev karantin günlərində oğlu Tural İsayevə toy etməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
İcra başçısı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, oğlu bir il bundan əvvəl nişanlanıb: “Pandemiya ilə əlaqədar real vəziyyəti nəzərə alaraq hər iki ailənin və gənclərin öz razılığı ilə yalnız hər iki gənc VVAQ şöbəsinə gedərək nikahlarını rəsmiləşdirib və ailə qurublar.
Heç bir mərasim, hətta ailə mərasimi belə keçirilməyib. Yazılanlar real vəziyyəti əks etdirmir. Bu addımın da gələcəkdə toy etmək istəyən gənclər üçün nümunəvi addım olacağını düşünürük”.
Qeyd edək ki, yayılan xəbərlərdə başçının oğluna toyu Yevlax şəhərindəki villasında təşkil etdiyi, məclisdə çoxsaylı qonaqların olduğu iddia edilirdi.
tv713.az