SOSİAL-İQTİSADİ İNKİŞAFIMIZIN SURAXANI MODELİ

Manset 17-fev, 01:099 tv713 61 0
SOSİAL-İQTİSADİ İNKİŞAFIMIZIN SURAXANI MODELİ


BU, REALLIQ DEYİLSƏ, ONDA SİZ ƏRZ EDİN

GÖRƏN dövlət başçımızın Bakı və Bakıətrafı kəndlərin abadlaşdırılması istiqamətində sosial-iqtisadi inkişaf Proqramı çərçıvəsində ayrılan paralar hara nə necə xərclənir? Əgər ki, problemlər yerində sayırsa. YOX bilmədiyimiz nəsnələr varsa, onda siz ərz edin, biz də təqdir edək....

Suraxanı ilə Xəzər rayonunun həmsərhədində yerləşən əraziylə (türmənin arxası) bağlı dəyərli Afət xanımın, Sevinc xanımın (MM-də Suraxanı seçicilərini təmsil edən deputatlar) və icra başçısı hörmətli Əziz müəllimin düşüncələri nədir görəsən:

PARK YOX, UŞAQ BAĞÇASI YOX, STADİON YOX, KLUB YOX, İCTİMAİ İAŞƏ MÜƏSSİSƏLƏRİ YOX, MƏKTƏB YOX, MARŞRUT YOX, SU YOX, KANALİZASİYA YOX. Bəs bu uşaqlar hansı bağçaya getməli, bəs bu uşaqlar hansı idman meydançalarında, hansı stadionlarda idmanla məşğul olmalı, bəs bu millət, bəs bu xəstələr, bu qocalar hansı parkda gəzintilər keçirməli, bəs bu uşaqlar hansı məktəbə getməlidirlər?

Suyun tonu 5 manatdan aya 4 nəfərlik ailə üçün 150, kanalizasiya qurğusundan çəkilən çirkabın qiyməti də qiymət artımından əvvəl ayda 80 manat edir.
Necə olur ki, "Azərsu" prezidenti qiyməti milyonlarla ölçülən villalar tikə bilir, amma vətəndaşın problemini həll etmək üçün dövlət başçısı tərəfindən ayrılan paraları istiqaməti üzrə xərcləyə bilmir?
Necə olur ki, yüzlərlə azyaşlının olduğu, yüzlərlə şagirdin olduğu bir yaşayış massivində nə bir bağça, nə bir məktəb yoxdur? Budurmu sosial-iqtisadi inkişaf, əfəndilər!?

Dəyərli Afət xanımla Sevinc xanımın təmsil olunduqları MM-in müəyyənləşdirdiyi minimum əmək haqqı demək ki, ancaq su və çirkab sularının çəkilməsinə yetir. Bəs yerdə qalan xərclər necə ödənilsin, xanım və bəy əfəndilər? 15 şəriklik göyərçini almaq üçün adam ya 60 qəpik xərcləməli, ya da 50 dəqiqə vaxt sərf etməklə piyada yol ölçməlidir. Doğrudanmı bu əraziyə bir marşrutun ayrılması bunca çətinmi? Bütövlükdə Binənin özü bir marşruta (160 nömrəli avtobus) möhtac edildiyi kimi ətraf yaşayış massivləri də dərdləriylə baş-başa qalıblar.

Ümumiyyətlə bu ərazinin kimə məxsusluğuyla bağlı nədən tərəflər (Suraxanı və Xəzər icra hakimiyyətləri, eləcə də bu ərazidə məskunlaşan seçiciləri Milli Məclisdə təmsil edən deputatlar) millətə ətraflı məlumat vermirlər. Qazın, suyun, işığın ödənişi Xəzər rayonuna aid olsa da, həftədə guya 2 dəfə olmaqla aylığı 4 manatdan zibilin daşınmasısa Suraxanı rayonu "sahib" çıxıb. Daşı daş üstə qoyan kimi "Suraxanı rayonu icra hakimiyyətinin nümayəndələri - qaramaskalıları" adamın başının üstünü kəsir, amma söhbət marşrutdan, sudan, kanalizasiya xəttindən düşəndə nə Suraxanı, nə də Xəzər rayonunun yetkililərini gördüm deyən tapılmır. Deyəsən Sevinc xanım Fətəliyevanı Avropa Şurası seçib, suraxanılılar yox...

ƏFƏNDİLƏR, budurmu sosial-iqtisadi inkişaf. YOX bu deyilsə, buyurun onda gerçəyi söyləyin...


İGİD TEYMURLU
Tv 713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr