BİU-nin diplomlarının tanınmaması hüquqla bağlı məsələ deyil

Aktual 18-fev, 17:159 tv713 118 0
BİU-nin diplomlarının tanınmaması hüquqla bağlı məsələ deyil



Son zamanlar ölkə gündəmini zəbt etmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Bakı İslam Universitetinin Ali təhsil haqqında diplomlarının bir hissəsinin bu günə kimi tanınıb-tanımaması məsələsinin müsbət həll olunmaması onu deməyə əsas verir ki, məsələyə qərəzli yanaşma mövcuddur.

Sözü gedən məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlamasında bildirib ki, “Nazirlik sözügedən Universitetin diplomlarını tanıyır. Universitet fəaliyyət göstərir və orada tədris proqramı aparılırsa, diplomlar niyə tanınmasın ki..” Nazirliyin nümayəndəsi onu da qeyd etmişdi ki, “onda yaranan problemlə bağlı məlumatlar yoxdur.

Maraqlı situasiya meydana çıxır, əgər Ali hakimiyyət orqanı Bakı İslam Universitetinin diplomlarının tanımasında heç bir problemin olmadığını bəyan edirsə onda 3550 məzunun diplomunun tanınmaması necə və haradan meydana çıxması böyük sual doğurur və sual “məlum cavab” şəklində görünür. Daha doğrusu məsələdə hüquq tənzimlənmə anlaşılmazlığı deyil, maraqlı tərəflərin güc nümayişidir.

Təbii ki, çoxlarına məsələnin hüquqi tərəfi tam aydındır və həmin diplomların tanınmasında heç bir hüquqi maneə yoxdur. Bir hüquqşünas kimi, məsələnin hüquqi tərəflərini araşdıraraq gəldiyim qənaət budur ki, məslə hüquqla bağlı deyil.

Bakı İslam Universiteti 1989-cu ildən yarandığı ilk andan yəni, Sovet dövründən o dövrdəki mövcud qanunvericiliyə uyğun təşkil edilib, müstəqilliyimiz dövründə 1992-ci ildən tələb olunan qanuna əsəsən “Dini etiqad azadlığı haqqında” Qanuna müvafiq olaraq fəaliyyət göstərib. Sonra qanuna uyğun olaraq 1994 və 1997-cü illərdə Ədliyyə Nazirliyindən dövlət qeydiyyatından keçib, 2009-cu ildə ölkə Prezidentini Fərmanına əsasən dini təhsil müəssisəsi kimi lisenziya əsasında fəaliyyət göstərib.

Məsələdən aydın olur ki, Problem Universitetə lisenziya verilməzdən əvvəlki məzunlarla bağlı yaranıb. Ortaya çıxan nəticə həqiqətən olduqca maraqlı görünür, deməzdim ki, problem hüquqi savadsızlıqdan yaranıb. Təbii ki, hüquq elminin özəyi, fundamental əsaslarından biri olan “QANUNUN GERİYƏ QÜVVƏSİ YOXDUR!” anlayışından xəbərsiz olsunlar. Qeyd etmək lazımdır ki, Qanunun vəziyyəti ağırlaşdıran tələbinin geriyə qüvvəsinin olmaması Azərbaycan Respublikasının Konstitusion normasıdır.

Azərbaycan Respublikası Mülki məcəlləsinin 7.1-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmin məcəllənin 7.2-ci maddəsinə əsasən qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Bu Məcəllənin 7.3-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz.
Beləliklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsində göstərilən istisnalardan başqa mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.

Odur ki, Bakı İslam Universitetinin qanunla lisenziyalaşdırılması tələb olunmayan dövrdə verdiyi diplomların sonradan meydana çıxmış “lisenziyalaşdırılması” bəhanəsindən və ya digər hər hansı səbəbdən tanınmaması absurddur və məsələnin bu formada meydana çıxması hüquqi savadsızlıq kimi görünüşü qərəzin və ya hər hansı maraq göstəricisidir.


Vüqar Dadaşov
Qazi-hüquqşünas
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar