Hakimiyyət nümayəndəsinə zor tətbiq edən narkotacirlərdən xəbər var

Kriminal 25-avq, 15:109 xebertv 505 0
Hakimiyyət nümayəndəsinə zor tətbiq edən narkotacirlərdən xəbər var


Cəlillabadda hakimiyyət nümayəndəsinə zor tədbiq edən narkotacirlərin işi məhkəməyə göndərilib

Bu il mayın 7-də Cəlilabad rayon sakinləri Daxil İmanov və Vasif Süleymanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə əldə edib saxlamaları, daşımaları və cinayətkar niyyətlərini həyata keçirən zaman hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmələri faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Cəlilabad Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Cəlilabad Rayon Prokurorluğundan verilən məlumata görə, istintaqla Vasif Süleymanovun qeyd edilən cinayət əməllərini həyata keçirən zaman xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 234.4.3 (külli miqdarda törədildikdə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə, Daxil Zamanov isə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək, barələrində məhkəmənin müvafiq qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr