Vatikanda peyvənddən imtina edənlər işdən çıxarılacaq?
Koronavirus əleyhinə peyvənd vurdurmaqdan imtina edən Vatikan işçiləri işlərini itirə bilərlər.
Tv 713. az axar.az-a istinadla xəbər verir ki, bu haqda Vatikanın kommunikesində yazılıb. Beş min işçisi olan Vatikanda koronavirus əleyhinə peyvənddən ciddi səbəb olmadan imtina edən hər kəsin iş kontraktı dayandırıla bilər. Eləcə də Vatikanda işləmək üçün namizədliyini irəli sürən şəxslərdən koronavirus əleyhinə peyvəndləmədən imtina edənlər işə götürülməyəcəklər.
Mətndə qeyd edilib ki, pandemiyaya cavab vermək üçün dərhal fəaliyyət göstərmək zəruridir. Vurğulanıb ki, peyvəndləmədən imtina digər insanların həyatı üçün təhlükə yaradır və ictimai səhiyyədə ciddi problemlərin artmasına səbəb olur.
Diqqətə çatdırılıb ki, Roma Papası Fransisk və təqaüddə olan Papa XVI Benedikt koronavirus əleyhinə peyvənd ediliblər.